Toyota fevral ayında avtomobil istehsalını azaldacaq
Yaponiyanın avtomobil nəhəngi Toyota, qlobal çip böhranının pisləşməsi səbəbindən fevral ayında qlobal avtomobil istehsalı hədəfini 22 faiz azaldaraq 700 minə endirib. Toyotanın daha əvvəl açıqladığı fevral ayı istehsal hədəfi 900 min idi.
Marja xəbər verir ki, yeni istehsal hədəfi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.
Martda bitən maliyyə ili üçün şirkətin qlobal istehsal hədəfi 9 milyon ədəddir. Ən son istehsal azaldılması ilə şirkətin illik hədəfinə çatmaq üçün mart ayında təxminən 1 milyon ədəd avtomobil istehsal etməsi lazım gələcək.
Malayziyadakı bəzi çip istehsalçıları artan Covid-19 hadisələrindən mənfi təsirlənsə də, Toyota-nın Avropadakı tədarükçüləri də çip böhranı ilə mübarizə aparır və şirkəti istehsalı azaltmağa məcbur edir.
Toyota həmçinin Tahara zavodunda və bəzi digər zavodlarında istehsalı dayandırmağa hazırlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















