Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qiymətləri açıqlandı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanvarın 24-dən Bakıdan Şuşaya və Bərdəyə həyata keçirilməsi planlaşdırılan avtobus səfərləri üzrə biletlərin qiymətlərini açıqlayıb.
Bu barədə nazir müavini Rəhman Hümmətov məlumat verib.
Onun sözlərinə görə, səfərlər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətində səfərlər təşkil olunacaq:
"Artıq sınaq səfərləri olub və müvafiq ölçmələr olub. Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-AğdamBərdə üzrə biletin qiymətyi isə 7 manat olacaq”.
Həmçinin oxu
"Qarabağa hər kəs ildə bir dəfə səfər edə biləcək"
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm marşrut avtobuslarından müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə pulsuz istifadə etmək imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla, bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.
Sərnişin daşınması ilə bağlı müəyyən olunmuş kateqoriyalar üzrə növbəliliyin təmin edilməsi, kvotalara riayət edilməsi və güzəştlərin tətbiqi məqsədilə onlayn bilet satışı xidməti işğaldan azad olunmuş ərazilərə giriş icazəsi sisteminə, həmçinin “COVID-19” virusuna yoluxma risklərinin minimuma endirilməsi üçün müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
6 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
7 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
