"Pfizer"in Baş direktoru: Həyat tezliklə normallaşacaq
Pfizer şirkətinin Baş direktoru Albert Bourla, həyatın yayda normala qayıdacağını düşündüklərini, lakin bu, Covid-19-un həyatımızda tamamilə yox olacağı anlamına gəlmir."Pfizer Inc" şirkətinin Baş direktor Albert Bourla "Le Figaro"ya verdiyi müsahibədə pandemiyanın yaratdığı 2 illik fasilədən sonra həyatın tezliklə normallaşa biləcəyini söyləyib.
Marja xəbər verir ki, Fransa qəzetinə müsahibə verən Bourla, "Tezliklə normal həyatımıza qayıda biləcəyik. Təsirli peyvəndlər, testlər və dərmanlar; Yazda bu nöqtəyə çatmaq üçün bütün lazımi alətlərimiz var”,- deyib.
"Pfizer" bu üç alətdən ikisini istehsal edir. ABŞ-ın əczaçılıq nəhəngi Almaniyanın "BioNTech SE" şirkəti ilə birlikdə dünyada ən çox satılan peyvəndi istehsal edir, eləcə də kliniki sınaqlarda xəstəxanaya yerləşdirmə və ölüm hallarını əhəmiyyətli dərəcədə azaldan "Paxlovid" dərmanını istehsal etməyə hazırlaşır.
Bourla alimlərin Omikron variantı ilə bağlı fikirlərini təkrarlayaraq bildirib ki, onun bütün dünyada tədricən dominant varianta çevrilməsi pandemiyanın tezliklə endemik mərhələyə keçərək qripə bənzər bir xəstəliyə çevriləcəyindən xəbər verir.
Əczaçılıq nəhənginin baş direktoru bunun Covid-19-un yox olacağı anlamına gəlmədiyini qeyd edərək, “Pandemiya başlayandan bəri çoxlu sürprizlərimiz oldu. Məhv edilməsi çox çətin olan bu virus yəqin ki, illər boyu həyatımızda olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























