Dövlət Agentliyi “Abşeron Avtomobil Mərkəzi”ndən 65 ədəd avtomobil aldı
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” təxminən 8 milyon manata 65 ədəd təcili tibbi yardım avtomobili satın aldı. Bir avtomobilin orta hesabla alış qiyməti 121 min 675 manatdır.“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 65 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması məqsədilə keçirdiyi tenderi yekunlaşdırıb.
Marja.az Tender komissiyasına istinadən xəbər verir ki, açıq tender metodu tətbiq edilməklə keçirilmiş satınalma prosedurunun qalibi “Abşeron Avtomobil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilib.
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “Abşeron Avtomobil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müvafiq satınalma müqaviləsi imzalanıb. Müqavilənin qiyməti 7 milyon 908 min 900 manatdır.
Qeyd edək ki, “Abşeron Avtomobil Mərkəzi” "Mercedes-Benz" avtomobillərinin Azərbaycanda rəsmi dileridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























