SOCAR-ın Türkiyədəki törəmə şirkətində yeni kadr dəyişikliyi olub
İnteqrasiya prosesini tamamlayaraq yaratdığı yeni korporativ strukturu ilə fəaliyyətini davam etdirən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Turkey” şirkətində kadr dəyişikliyi olub.
Türkiyə mətbuatının verdiyi məlumata görə, “SOCAR Turkey”in tərkibində SOCAR brendi ilə təbii qaz və elektrik təchizatı, ticarət və topdansatış xidmətləri, həmçinin “Bursagaz” və “Kayserigaz” brendləri ilə təbii qazın paylanması xidməti göstərən Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov təyin edilib.
Qeyd edək ki, 2003-cü ildə Türkiyədə əmək fəaliyyətinə başlayan F. İbrahimov Türkiyə, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində ticarət, strategiya, biznesin inkişafı və investisiya sahələrində çalışıb. 2017-ci ildə “SOCAR Türkiyə” ailəsinə Neft-Kimya Biznes Qrupu Direktoru kimi qoşulduqdan sonra, Neft Emalı və Neft-Kimya Biznes Bölməsində və Korporativ Mərkəzdə müxtəlif rəhbər vəzifələrdə çalışıb.
“SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri təyin edilən F. İbrahimov müvafiq bölmənin nəzdində fəaliyyət göstərən “Bursagaz”, “Kayserigaz” və “SOCAR Enerji Ticaret” şirkətlərinin idarəçiliyinə cavabdeh olacaq.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























