Apple-dan 120 milyard dollar qazanıb
Warren Buffett "Apple"a yatırdığısəhm investisiyalarından 120 milyard dollar qazanıb.Uorren Baffetin (Warren Buffett) "Apple" şirkətinə sərmayəsi onun ən gəlirli sahələrindən biri olub və Baffetə 120 milyard dollar gəlir gətirib.
Marja xəbər verir ki, "Berkshire Hathaway" 2016 və 2018-ci ilin ortalarında "Apple"ın səhmlərini alıb və satınalmalardan sonra holdinq iPhone istehsalçısının 5 faizinə sahib olub. Bu prosesdə səhmlərin ümumi dəyəri 36 milyard dollar olduğu halda, "Apple"a yatırılan investisiyanın ümumi dəyəri hazırda 160 milyard dollar səviyyəsindədir.
Baffetin sürətlə artan texnologiya səhmlərinə mühafizəkar münasibəti sənədli filmlərin mövzusu olub. İnvestisiya məsləhətçiləri Todd Combs və Ted Weschler sayəsində texnologiya sektoruna daha çox sərmayə qoymağa razı olan Buffet, "Apple"ın "Berkshire"nin üçüncü ən böyük sərmayəsi olduğunu bildirib.
Buffet "Apple"ın "bu günə qədər yəqin ki, dünyanın ən yaxşı şirkəti" olduğunu söyləyib.
Apple-ın bazar dəyəri 3 trilyon dolları keçib
Covid-19 pandemiyasının başladığı 2020-ci ildən bəri Apple şirkətinin səhmləri 3 dəfədən çox bahalaşıb. Şirkətin bir səhminin qiyməti bazar ertəsi günü 3 faizə yaxın dəyər qazanıb. Apple səhminin qiyməti 2022-ci ilin ilk ticarət günündə 182,88 dollara yüksəlib və şirkətin bazar kapitallaşması gün ərzində 3 trilyon dollara çatıb. Beləliklə, Apple "3 trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət" olub.
Bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon dollara çatan Apple, 19 avqust 2020-ci ildə 2 trilyon dollar bazar dəyərinə çatdmışdı.
Apple-ın ardınca 2,5 trilyon dollarlıq bazar dəyərilə Microsoft və 1,9 trilyon dollar bazar dəyərilə Google-un ana şirkəti Alphabet gəlir.
Apple şirkətinin bazar dəyəri qlobal indekslər ilə yarışır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






