"Pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurəti yarana bilər"
Mərkəzi Bank: Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcəkdir.Aərbaycan Mərkəzi Bankı 2022-ci il üzrə pul siyasətinin başlıca istiqamətlərini açıqlayıb.
Marja.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurəti yarana biləcəyi qeyd edilib.
Bəyanatda bildirilir ki, 2022-ci ildə də pul siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaqdır. Bu məqsədə nail olmaq başlıca olaraq qeyri-monetar amillərdən - dünya ərzaq və enerji daşıyıcıları qiymətlərindən, tələb-təklif zəncirində bərpa vəziyyətindən, növbəti ilə dövlət tarif siyasətindən və makroiqtisadi siyasət çərçivəsindən asılı olacaqdır.
Pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində idarə olunması dəyişməz qalır. Yenilənmiş son inflyasiya proqnozlarına görə baza proqnozunda qeyd olunan şərtlər daxilində 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcəkdir.
Mövcud yüksək inflyasiya səviyyəsinə xarici amillərin təsirinin keçici xarakterini nəzərə alaraq monetar siyasət qiymətlər sabitliyi ilə iqtisadi artım və məşğulluq məqsədləri arasında çevikliyi saxlayacaqdır. Lakin situasiya qeyd olunan baza ssenaridən kənarlaşdığı təqdirdə pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurəti yarana bilər. İnflyasiya gözləntilərinin effektli idarə olunması həyata keçirilən siyasətə ictimai etibarın yüksəldilməsinə yönələcəkdir. Siyasət reaksiyası yarana biləcək qeyri-müəyyənlikləri və siyasətə inamsızlığı aradan qaldırmaqla investisiya-biznes fəallaşmasına yol açacaq, iqtisadi artımı və məşğulluğu dəstəkləyəcəkdir.
2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcəkdir. Valyuta bazarında tarazlığın qorunması növbəti il və ortamüddətli dövrə də xarici valyuta gəliri mənbələrinin şaxələnməsi istiqamətində islahatların sürətləndirilməsini aktuallaşdırır.
Pul siyasətinin digər aralıq hədəfi olan pul kütləsi iqtisadiyyatın pula olan tələbi, iqtisadi artım proqnozu və inflyasiya nəzərə alınmaqla tənzimlənəcəkdir. Rəqəmsallaşma proseslərinin təsiri ilə pul kütləsinin strukturunda baş verən dəyişikliklər də pul təklifinin tənzimlənməsi zamanı nəzərə alınacaqdır. Pul təklifinə təsir göstərmək üçün əməliyyat orientiri olaraq bankların Mərkəzi Bankdakı manatla müxbir hesabları qalığından istifadə ediləcəkdir.
Əməliyyat hədəflərinə nail olmaq üçün 2022-ci ildə də Mərkəzi Bank arsenalındakı bütün alət və mexanizmlərdən adekvat istifadə edəcəkdir. Alətlərin kəmiyyət parametrlərinə və dürasiyasına dair qərarlar bank sisteminin likvidlik mövqeyindən asılı olaraq operativ şəkildə veriləcəkdir. Bank sisteminin struktur profisitinin (və ya kəsiri) müntəzəm qiymətləndirilməsi davam etdiriləcəkdir. Avtonom və qeyri-avtonom amillərin likvidliyə təsirlərini qiymətləndirmək üçün likvidliyin monitorinqi və proqnozlaşdırılması sistemindən istifadə ediləcəkdir. Pul siyasəti alətlərindən makroiqtisadi proseslərin təbiətinə uyğun olaraq çevik istifadə transmissiya mexanizminin effektiv işləməsinə, həmçinin makroiqtisadi və maliyyə sabitliyinə dəstək verəcəkdir.
Faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili xərc amillərinin inflyasiyaya transmissiyası, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir. Bu zaman kontr-tsiklik pul siyasətinin həyata keçirilməsi prinsipi əsas götürüləcəkdir. Faiz dəhlizinin Mərkəzi Bankın İdarə Heyətində müzakirəsinin əvvəlki illərdə olduğu kimi 2022-ci ildə də öncədən ictimaiyyətə açıqlanmış qrafikə (Əlavə 1) uyğun olaraq təşkil edilməsi nəzərdə tutulur.
Mərkəzi Bank pul siyasəti qərarlarının verilməsi zamanı transmissiya mexanizmindəki fasilələri və xüsusiyyətləri də nəzərə alacaqdır. Pul siyasəti ilə bağlı qərarların real iqtisadi dəyişənlərə (məcmu tələb, istehsal, inflyasiya) təsiri arasındakı zaman fasiləsi (laq) bir neçə rüb çəkə bilir. İqtisadiyyatda struktur dəyişikliyi ilə bağlı qeyri-müəyyənliklər şəraitində təsir fasiləsi bir qədər də uzana bilər.
İnflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin təkmilləşdirilməsi uzunmüddətli dövrdə hibrid inflyasiya hədəflənməsi rejiminə şərt əsaslı mərhələli keçid strategiyası çərçivəsində həyata keçiriləcəkdir. Bunun üçün ilkin olaraq yeni rejimə keçidlə bağlı zəruri hazırlıq işləri görüləcək, baza şərtlərin reallaşması başlıca prioritet olacaqdır.
Ortamüddətli perspektivdə (2022-2026-ci illər) yeni pul siyasəti rejiminə baza keçid şərtlərinin yaradılması çərçivəsində Mərkəzi Bank hökumətlə birlikdə dövlət qiymətli kağızları bazarının genişləndirilməsi və aktiv pul bazarının formalaşdırılması, nağd-kölgə iqtisadiyyatının məhdudlaşdırılması, valyuta bazarında təklif kanallarının şaxələndirilməsi və effektiv makroiqtisadi koordinasiyanın gücləndirilməsi kimi istiqamətlərdə fəaliyyət göstərəcəkdir.
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsində Mərkəzi Bankın təhlil və proqnozlaşdırma potensialının gücləndirilməsi də mühüm rol oynayacaqdır. Bu istiqamətdə Proqnozlaşdırma və Siyasət Təhlili Sisteminin qurulması (FPAS), orta və uzunmüddətli proqnozlaşdırma üzrə model çantasının modernləşdirilməsi, proqnoz göstəricilərinin spektrinin genişləndirilməsi, təhlil və proqnozlar üçün zəruri statistik məlumat bazasının kəmiyyət və keyfiyyətcə təkmilləşdirilməsi istiqamətində işlər görüləcəkdir. Real sektor müəssisələri və ev təsərrüfatlarına dair statistik-analitik işlərin gücləndirilməsi çərçivəsində maliyyə davranışları və iqtisadi gözləntilərə dair sorğuların təkmilləşdirilməsi, sorğu əsaslı analitik təhlillərin dərinləşdirilməsi nəzərdə tutulur.
Gözləntilərin idarə edilməsində kommunikasiya siyasətinin effektivliyinin artırılması qarşıdakı strateji dövrdə də pul siyasətinin vacib elementlərindən biri olacaqdır. İnformasiya açıqlığı siyasəti çərçivəsində pul siyasətinin məqsədi, prinsipləri, tədbirləri və nəticələri, eyni zamanda iqtisadi vəziyyətin qiymətləndirilməsi və inkişaf perspektivləri ilə bağlı maksimum operativ və tam açıq məlumatların ictimaiyyətə açıqlanması təmin olunacaqdır. Kommunikasiya texnologiyalarının inkişaf etməsi və pandemiya səbəbiylə kommunikasiya zamanı rəqəmsal alətlərdən daha geniş istifadə olunacaqdır. Qəbul edilmiş yeni strategiya əsasında kommunikasiyanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində də daim işlər aparılacaqdır. Müxtəlif hədəf qrupları üçün iqtisadi-maliyyə mövzularında maarifləndirmə işlərinin davam etdirilməsi də nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
- 22 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
-
15 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
- 17 saat əvvəl
-
17 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
18 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Ən çox oxunanlar
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI

















