İqtisadiyyat Nazirliyi Məmməd Abbasbəylinin rəis təyin edilməsilə bağlı məlumat yaydı
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Məmməd Aslan oğlu Abbasbəyli İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Məmməd Abbasbəyli 1975-ci ildə Gəncə şəhərində anadan olub. Xəzər Universitetində beynəlxalq əlaqələr, Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə ali təhsil, həmçinin ABŞ-nin Perdyu və Corc Vaşinqton universitetlərində hüquq üzrə magistr dərəcəsi alıb.
2000-ci ildən ABŞ-nin Nyu-York ştatında Vəkillər Kollegiyasının həqiqi üzvüdür.
Əmək fəaliyyətinə 2000-ci ildə Nyu-York şəhərində yerləşən “Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb, 2003-cü ilədək şirkətin Bakı ofisində fəaliyyətini davam etdirib. 2004-2008-ci illərdə bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində işləyib.
2009-2014-cü illərdə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətin baş icraçı direktoru olub. Eyni dövrdə mobil və stasionar rabitə və telekommunikasiya, xarici qızıl və əlvan metal hasilatı, neft-qaz və iri tikinti sənayesi şirkətlərinin direktorlar şuralarının həmsədri və üzvü kimi fəaliyyət göstərib. 2013-2014-cü illərdə ADA Universitetinin Biznes fakültəsinin Himayədarlar Şurasının üzvü və Şura nəzdindəki komitənin həmsədri olub.
2019-cu ildə iqtisadiyyat nazirinin müşaviri təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin edilib. Bununla yanaşı, 2020-ci ildə İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasının və Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.
Ailəlidir, 3 övladı var.
Həmçinin oxu
Dövlət Xidmətinə yeni rəis təyin olundu - SƏRƏNCAM
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 saat sonra
-
-
8 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
8 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
9 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















