“Azərlotereya”nın ani lotereyaları “Optimal” mağazalarında satışa çıxarıldı
(®) "Azərlotereya" ASC ani lotereyalarının satış arealı genişləndirilir. Şirkət “Brilliant”, “Şans ulduzu” və “Qızıl” ani lotereyalarının satışının daha səmərəli təşkili və satış arealını genişləndirmək məqsədi ilə “Optimal Elektronika” MMC ilə əməkdaşlığa başladı.
Tərəflər arasında bağlanmış müqaviləyə əsasən ani lotereyaların satışı “Optimal” mağazalarında da həyata keçirilir.
Lotereya həvəskarları 17 dekabr 2021-ci il tarixindən etibarən “Brilliant”, “Şans ulduzu” və “Qızıl” ani lotereyalarını “Optimal” mağazalarında əldə edə bilirlər. Satışlar “Optimal Elektronika”-nın 80 mağazasında həyata keçirilir.
“Optimal” mağazalarında çalışan əməkdaşlara ani lotereyaların satışı, biletlərin yoxlanılması, uduşların verilməsi və digər zəruri prosedurların yerinə yetirilməsi üçün təlimlər təşkil olunmuş, onlara satışların həyata keçirilməsi ilə bağlı məlumatlar verilmişdir.
Qeyd edək ki, Azərlotereya ASC-nin daha həyəcanlı və daha əyləncəli ani lotereyaları 100.000 manatlıq böyük uduşları və milyonlarca uduş şansını təqdim edir.
Ətraflı məlumatı www.azerlotereya.com və www.optimal.az saytından əldə edə bilərsiniz.
“Azərlotereya” ASC haqqında:
"Azərlotereya" ASC Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmışdır. "Azərlotereya" ASC Azərbaycan Respublikası ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini həyata keçirir. "Azərlotereya" ASC Avropa Dövlət Lotereyalar və Toto Assosiyasiyasının üzvüdür. Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 16 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 49 d. əvvəl
-
-
55 d. əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub




























