2022-ci il üçün bazarların ən böyük qorxuları
"Markets Live Global"ın keçirdiyi sorğuya görə, bazar iştirakçılarının 2022-ci il üçün ən böyük qorxuları inflyasiya, koronavirus, geosiyasi gərginliklər və Fed-dir.
Marja xəbər verir ki, sorğu təxminən 700 iştirakçı arasında keçirilib.
Sorğuda iştirak edənlərin 30%-dən çoxu "2022-ci ildə ən böyük narahatlıqlarının nə olduğu" sualına "inflyasiya" cavabını verib. İştirakçılar, yüksək inflyasiyaya bağlı olaraq mərkəzi bankların pul siyasətlərini daha sürətli sərtləşdirmələrinin risk yaratdığını söyləyiblər.
İştirakçıların 25%-i koronavirusdan, o cümlədən onun yeni variantından (Omikron) narahat olduğunu qeyd ediblər. Sorğuda iştirak edənlər hökumətlərin yeni məhdudiyyətlərindən də narahatdırlar.
Sorğu iştirakçılarının təxminən 23%-i geosiyasi gərginliklər, 16%-i müharibə və ya qarşıdurma riskinə diqqət çəkiblər. Bu mənada ən böyük narahatlıq qaynağının Çin-Tayvan, Rusiya-Ukrayna arasındakı gərginlik olduğu bildirilib.
Dördüncü ən böyük risk isə ABŞ Mərkəzi Bankıdır (Fed). Sorğuda iştirak edənlərin 13%-i ABŞ Mərkəzi Bankının çox sürətli faiz artırmasını, 10%-də də siyasət səhvlərini riski olaraq görür. 5% isə qlobal mərkəzi bankların inflyasiyaya həddindən artıq reaksiya verməsini risk hesab edirlər.
Çinin həm geosiyasi, həm daxili risklər ehtiva etdiyi, ölkədə iqtisadi artımın yavaşlayacağı və əmlak sektorunun bundan mənfi təsir görəcəyini ifadə ediblər.
İştirakçıların qeyd etdikləri digər risklər arasında tədarük zənciri çətinlikləri və staqflyasiya da var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




