Azərbaycanın neft ixracından gəlirləri 38% artıb
Bu ilin yanvar-noyabr dövründə Azərbaycandan xaricə 12 milyard 285 milyon ABŞ dolları dəyərində 25 milyon 537 min 504,3 ton xam neft ixrac edilib.
Marja.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
İxrac olunan xam neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% azalsa da, dəyəri 37,5% artıb. Gəlirlərin artması neftin bahalaşması ilə əlaqədardır.
Qeyd edək ki, xam neft Azərbaycanın ümumi ixracının 62,1%-ini təşkil edib.
Bu ilin yanvar-noyabr dövründə neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi məbləği 17 milyard 439 miylon 630 min ABŞ dolları təşkil edib (ötən ilin eyni dövründə 11 milyard 422 miylon 377 min dollar təşkil etmişdi).
QAZ İXRACINDAN GƏLİR 2 DƏFƏDƏN ÇOX ARTIB
Cari ilin 11 ayında Azərbaycandan 4 milyard 479 milyon 131 min dollar dəyərində 18 milyard 256 milyon 457.31 min kubmetr təbii qaz ixrac edilib. Ötən ilin eyni dövründə Azərbaycandan 2 milyard 178 milyon 382 min dollar dəyərində 12 milyard 278 milyon 885 min kub metr təbii qaz ixrac edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb




.jpg)










.jpg)






