Prezident sosial mənzillərin təməlini qoyub
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev Prezident İlham Əliyevə layihə barədə məlumat verib.
Agentliyin ilk layihəsi olan bu Kompleks xarici dairəvi avtomobil yolunun kənarında yerləşir. Kompleksin ümumi sahəsi 11,6 hektar olacaq. Bu ərazinin seçilməsində rahat yaşayış üçün bir neçə mühüm məqam nəzərə alınıb. Belə ki, ərazi şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində yerləşir. Ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının olması isə onun ekoloji durumunu daha da yaxşılaşdırır.
Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın təməlini qoydu.
Yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin iki bloklu doqquzmərtəbəli, 12-sinin isə bir bloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq.
Kompleksin tikintisi üçün seçilmiş məkanın üstünlüklərindən biri də onun paytaxtın əsas iş yeri mərkəzlərinə yaxın yerləşməsidir. Bununla yanaşı, ərazidə yaradılacaq yeni nəqliyyat infrastrukturunun Bakının mövcud yol və ictimai nəqliyyat şəbəkəsi ilə inteqrasiyası nəzərdə tutulur. Bu isə sakinlərin çox vaxt itirmədən istədikləri yerə çatmalarına imkan verəcək.
İnşa olunacaq mənzillərin vətəndaşlar tərəfindən alınması prosesində səffaflığın təmin edilməsinə xüsusi diqqət göstəriləcək. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” elektron sistemi yaradılacaq. Bu sistem vətəndaşlara virtual “şəxsi kabinet” yaratmaq yolu ilə qeydiyyatdan keçmək və gələcəkdə növbəlilik prinsipinə əsasən müvafiq xidmətlərdən faydalanaraq mənzil əldə etməyə əlverişli şərait yaradacaq. Sistem 2017-ci il mayın 1-dən etibarən fəaliyyətə başlayacaq.
Sonra dövlətimizin başçısı burada inşa ediləcək məktəb binasının təməlini qoydu.
Kompleksdə mənzillərlə yanaşı, bir sıra sosial obyektlər də tikiləcək. Onların arasında 240 yerlik uşaq bağçası və 960 şagird yerlik orta təhsil məktəbi də var. Ərazidə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Sonra Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev və güzəştli mənzil almaq hüququna malik olan gənc ailənin üzvü Xanım Şamilova çıxış etdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
6 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















