İrəvan Ermənistandan Naxçıvana dəmir yolunun tikintisi layihəsinin xərcini hesablayıb
İrəvan Ermənistan üzərindən Naxçıvana dəmir yolunun tikintisi layihəsini 200 milyon dollar məbləğində qiymətləndiribErmənistanın iqtisadiyyat naziri Vaan Kerobyan hesab edir ki, Sünik vilayəti ərazisindən keçməklə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun tikintisi çərçivəsində respublika ərazisində dəmir yolunun bərpası üçün təqribən 200 milyon dollar vəsait lazım olacaq.
“Hələlik konkret layihə və qiymətləndirmə yoxdur, amma Ermənistandan İrana dəmir yolu keçidinin təmiri üçün az məbləğ lazım olacaq. Mehri şəhəri ərazisində dəmir yolunun bərpası isə böyük məbləğdə sərmayə tələb edəcək. Bu sahədə keçmiş dəmir yolu tamamilə sökülüb, bu yol artıq avtomobil yoluna çevrilib. Düşünürəm ki, söhbət 200 milyon dollardan gedir”, - deyə Kerobyan bu gün brifinqdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ən böyük məbləğdə investisiya Ermənistan sərhədindən Azərbaycan ərazisində Horadizə qədər dəmir yolunun tikintisi üçün nəzərdə tutulub.
“Orada da dəmir yolu tamamilə sökülüb. Bunun üçün 1 milyard dollardan artıq vəsait lazım olacaq”, - deyə erməni nazir əlavə edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















