SOCAR və “Özbəkneftqaz” memorandum imzaladı
“Xəzər Neft və Qaz -2017” sərgi-konfransında iştirak etmək üçün Bakıya səfər etmiş “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev ilə görüşüb.
SOCAR- verilən məlumata görə, R. Abdullayev Azərbaycanda və Özbəkistanda artıq bir ənənəyə çevrilmiş beynəlxalq neft və qaz sərgilərinin dünyanın enerji qurumları arasında fikir və təcrübə mübadiləsinin aparılması, bu sahədə əldə olunmuş nailiyyətlərin nümayiş etdirilməsi üçün mühüm platforma rolunu oynadığını qeyd edib, bu forumlar çərçivəsində keçirilən ikitərəfli görüşlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. O, SOCAR-ın regional və qlobal əhəmiyyətli layihələrdə uğurlu iştirakını xatırladaraq, bu layihələr çərçivəsində əldə olunan nailiyyətlərin və qazanılan təcrübənin Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının inkişafında faydalı olacağını və gələcək layihələr üçün əsas yaradacağını bildirib.
R.Abdullayev enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin, birgə neft-qaz əməliyyatlarının aparılması üçün perspektivlərin araşdırılmasının SOCAR-da diqqət mərkəzində olduğunu qeyd edib, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin gedişi haqqında qonaqlara ətraflı məlumat verib.
“Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov “Xəzər Neft və Qaz -2017” sərgi-konfransında iştirak etmələrindən, rəhbərlik etdiyi şirkətin bu nüfuzlu forumda təmsil olunmasından məmnunluq duyduqlarını deyib, Özbəkistanda həyata keçirdikləri hasilat, emal, neft-qaz kimyası layihələrindən danışıb. O, ötən ay Daşkənddə keçirilən “Neft və Qaz-OGU 2017” XXI Beynəlxalq sərgi və konfransında Azərbaycan nümayəndə heyətinin iştirakını və Rövnəq Abdullayev ilə görüşlərini xatırladaraq, SOCAR və “Özbəkneftqaz” şirkətləri arasında imzalanmış Memorandumu yeni dövrdə iki şirkət arasında dərin və sıx əməkdaşlığın yaranması nöqteyi-nəzərindən yüksək qiymətləndirib.
O, bu gün imzalanacaq sənədin ikitərəfli əməkdaşlığın inkişafı üçün imkanları daha da genişləndirəcəyinə əmin olduğunu bildirib.
Görüşün sonunda “Özbəkneftqaz” şirkətinin Azərbaycanda mümkün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə iki şirkət arasında memorandum imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 29 d. əvvəl
- 35 d. əvvəl
-
9 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 10 saat əvvəl
-
12 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
12 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
12 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
12 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
12 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb































