“General Motors” elektromobil istehsalına 3 milyard dollar sərmayə yatırır
Amerikanın "General Motors" avtomobil korporasiyası Miçiqan ştatında elektromobillərin istehsalına 3 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə cümə günü "Wall Street Journal" məlumat yayıb.
Mənbələrinə görə, avtomobil istehsalçısı ən azı iki elektrikli avtomobil layihəsi üçün planları yekunlaşdırır. Onlardan biri Detroit ətrafında yerləşən montaj zavodunun elektrik pikaplarının yaradılması üçün mərkəzə çevrilməsini nəzərdə tutur. Belə bir yenidənqurma şirkətə ən azı 2 milyard dollara başa gələcək.
Bundan əlavə, "General Motors" Lansinq şəhərindəki obyektinin yaxınlığında akkumulyator hissələrinin istehsalı zavodunu tikmək niyyətindədir. Qəzetin mənbələrinə görə, layihə "LG Energy Solution" şirkəti ilə birgə həyata keçirilir.
Hazırda korporasiyanın nümayəndələri yerli hakimiyyət orqanları ilə lazımi inzibati nüansları, o cümlədən vergi məsələlərini razılaşdırırlar.
Eyni zamanda, "Wall Street Journal"ın mənbələri vurğulayır ki, yuxarıda qeyd olunan planlar hələ də dəyişikliklərə məruz qala və ya ləğv edilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















