Dünyada enerji böhranı inanılmaz sürətlə dərinləşir - Vuçiç
Serbiya prezidenti Aleksandar Vuçiç hesab edir ki, dünyada və Balkanlarda enerji vəziyyəti inanılmaz sürətlə pisləşir.
Marja.az xəbər verir ki, o, bu barədə şənbə günü Niş şəhərində hərbçilərlə görüşdən sonra bildirib.
“Hər şey getdikcə mürəkkəbləşir, Avropada 70 milyard kubmetr qaz qıtlığı var. Çin hər şeyi alır - kömür alır, Afrikadan, Cənubi Amerikadan, dünyanın hər yerindən istənilən miqdarda qaz alır. Hər şey daha da mürəkkəbləşir və hər şey gözümüzün qarşısında inanılmaz sürətlə baş verir. Əgər biz bunu başa düşmürüksə, bu o deməkdir ki, biz kifayət qədər ciddi və məsuliyyətli deyilik”, - deyə Serbiya lideri bildirib.
Vuçiç bildirib ki, Balkan regionunda elektrik enerjisi ilə bağlı vəziyyət dəhşətlidir: “Dünən qonşularımızdan birinə saatı 1 MVt-ı 499 avrodan elektrik enerjisi satdıq, bu, bizə 52 avroya başa gəlir, yəni 10 dəfə baha satdıq. Bazarda işıq yoxdur, bizdən 10 dəfə baha almağa məcbur olublar. Regionda - Monteneqro, Şimali Makedoniya, Albaniyada tələb olunan həcmin 50-60%-i ilə gündəlik 350-400 avroya elektrik enerjisi alırlar”.
Noyabrın 25-də Vladimir Putin və Aleksandr Vuçiç arasında Soçidə aparılan danışıqlar nəticəsində Rusiya altı qış ayı ərzində Serbiya üçün qazın qiymətini 270 dollar səviyyəsində saxlayıb, bundan sonra Belqrad uzunmüddətli müqavilə əsasında Moskvadan əlverişli şərtlər alacaq. Vuçiçin sözlərinə görə, bu şərtlər müstəsnadır.
2021-ci il yanvarın 1-dən “Qazprom” yeni marşrutla Serbiyaya qaz tədarük etməyə başlayıb. Rusiyadan qaz “Türk axını” dəniz qaz kəməri ilə, daha sonra isə Türkiyə ərazisindən nəql olunur. Bundan sonra Bolqarıstanın milli qaz ötürmə sistemi vasitəsilə Serbiyaya gedir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
-
16 d. əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 19 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
15 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
15 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Rəsmi məzənnələr açıqlandı
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Ən çox oxunanlar
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək


















.jpg)






