Ərəb iş adamları Sumqayıt Kimya Sənaye Parkında olublar
Tərəflər Səudiyyə Ərəbistanına ixrac potensialı olan məhsulların siyahısını, eləcə də sənaye parklarına Səudiyyə Ərəbistanından investisiyanın cəlbi məsələlərini müzakirə ediblər.Səudiyyə Ərəbistanında Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP) Baş icraçı direktoru Badr-Al-Badrın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub.
Marja xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev ölkədə mövcud sənaye parkları, investorlar üçün yaradılan əlverişli şərait, rezidentlər üçün tətbiq edilən vergi və gömrük güzəştləri, sənaye parklarında istehsal olunan məhsullar barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi nəticəsində işğaldan azad edilmiş Qarabağın dirçəldilməsi siyasətinə uyğun olaraq 2 sənaye parkı - Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları yaradılıb. Bu sənaye parklarında hazırda rezidentlər üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində işlər sürətlə gedir. Ərəb iş adamları Qarabağda yaradılan sənaye parklarına investisiya yatırmağa dəvət edilib.
Tərəflər Səudiyyə Ərəbistanına ixrac potensialı olan məhsulların siyahısını, eləcə də sənaye parklarına Səudiyyə Ərəbistanından investisiyanın cəlbi məsələlərini müzakirə ediblər.
Sonda nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olublar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























