Neft-qaz olmasa idi, Azərbaycanın xarici ticarətində böyük həcmdə kəsir yaranardı
Neft-qaz olmasaydı 2021-ci ilin 9 ayı üzrə Azərbaycanın xarici ticarətində 4.6 milyard dollar həcmində kəsir yaranardı.
Marja.az xəbər verir ki, bu, 2021-ci ilin 9 ayın yekunları üzrə Azərbaycan Respublikasının tədiyə balansından məlum olub.
Xarici ticarət balansı
Balansda qeyd edilib ki, 2021-ci ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 21.4 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 11 milyard dollar həcmində profisit, qeyri-neft sektoru üzrə 4.6 milyard dollar həcmində kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 6.4 milyard dollarlıq profisit yaranmışdır. Hesabat dövründə Azərbaycanın dünyanın 183 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 14%-i MDB üzvü olan dövlətlərin, 86%-i isə digər xarici dövlətlərin payına düşür.
Əmtəə ixracı
Hesabat dövründə əmtəə ixracı 13.9 milyard dollar (42.3% artma) təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin ötən ilin müvafiq dövrünə nisbətə bahalaşması (49% və ya 1.5 dəfə) səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 43% artaraq 12.2 milyard dollar olmuşdur. İxrac olunmuş neft məhsullarının (9.6 milyard dollar) 8.9 milyard dollarını xam neftin, 627 milyon dolları isə neft emalı məhsullarının payına düşür. 2021-ci ilin 9 ayı üzrə qeyri-neft ixracı 38.1% artaraq 1.7 milyard dollar olmuşdur.
Əmtəə idxalı
2021-ci ilin 9 ayı üzrə əmtəə idxalı ötən ilin müvafiq dövrünə nisbətən 0.9% artaraq 7.5 milyard dollar təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3.6 milyard dollar olmuş, bunun da 1.2 milyard dollarını ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 3.2% artaraq 6.2 milyard dollar olmuşdur. Qeyri-neft idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (1.9 dəfə), əczaçılıq məhsullarının (1.5 dəfə), ətir və kosmetik vasitələrinin (44%), minik avtomobillərinin (40%), dəmiryol nəqliyyat vasitələrinin (39.4%), şəkərin (36.6%), mebel məhsullarının (25.6%), alkoqollu və alkoqolsuz içkilərinin (21%), daş və şüşə məmulatlarının (20%), ağac məmulatlarının (16.3%), tütün və tütün məhsullarının (12%), tərəvəz məhsullarının (10.4%), kağız məmulatlarının (7%) və palma yağının (4.5%) idxalı artmış, uçuş aparatlarının (11.4 dəfə), dənli bitkilərin (13.5%), metalların (11.4%), sabun və yuyucu vasitələrinin (8%) və kərə yağının (6.7%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8.4% təşkil edərək 0.6 milyard dollar olmuşdur.
Xəbər verdiyimiz ki, 2021-ci ilin 9 ayında Azərbaycanın tədiyə balansının ümumi saldosu müsbət 2 milyard 437 milyon dollar təşkil edib (Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 9 ayında tədiyə balansının ümumi saldosu mənfi 1 milyard 803.7 milyon dollar təşkil etmişdi). Cari əməliyyatlar balansında 3.9 milyard dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1.5 milyard dollarlıq kəsir yaranmış, ehtiyat aktivləri 2.4 milyard dollar artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
1 saat əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
-
1 saat əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
-
2 saat əvvəl
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
-
2 saat əvvəl
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Almaniya bankı qızıl üzrə qiymət proqnozunu dəyişmədi - "6 MİN DOLLARA YÜKSƏLƏCƏK"
-
2 saat əvvəl
"Samsung" Azərbaycanın planşet bazarındakı payının 27 %-ni itirib
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
Ən çox oxunanlar
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
BYD, Xpeng və Li Auto-nin satışları azalıb, səhmləri ucuzlaşıb
"Prime Cotton" şirkəti 2025-ci ildə pambıq və tekstil sahəsində rekord nəticələrə imza atıb
Fevralın 3-də gözlənilən hava şəraiti

























