2022-ci ildə kibertəhlükəsizlik dünyasını nələr gözləyir?
Kiberhücumların pik həddə çatdığı 2021-ci il artıq sona yaxınlaşır. Bəs növbəti ildə rəqəmsal dünyanı hansı təhlükələr gözləyir?
Şəbəkə təhlükəsizliyi və çoxfaktorlu autentifikasiya sahəsində qlobal xidmət təminatçısı olan "WatchGuard Technologies" kosmosdakı peykləri hədəf alan kiberhücumlardan tutmuş kiber sığortalara qədər 2022-ci il üçün kibertəhlükəsizlik proqnozlarını paylaşıb.
2022-Cİ İL ÜÇÜN 6 KİBER TƏHLÜKƏSİZLİK PROQNOZU
1- Dövlət tərəfindən dəstəklənən mürəkkəbkibercinayətkar mobil hücumlar artacaq
Mobil qurğular həm cihazların imkanlarına, həm də onlarda olan məlumatlara görə hökumət tərəfindən maliyyələşdirilən kiber komandalar üçün çox cəlbedici hədəfdir. Gələn il də dövlət tərəfindən maliyyələşdirilən mobil hücumlar səbəbindən mürəkkəb kibercinayətkar mobil hücumların artması gözlənilir.
2- Kosmosu hədəf alan haker xəbərləri əsas xəbərlərə çevriləcək
Son kibertəhlükəsizlik araşdırmaları kosmosdakı zəif güvənlik üzərində cəmləşdiyindən 2022-ci ildə kosmosu hədəfləyən haker xəbərləri əsas başlıqlara çevriləcək. Peyklər əksər təhdidlərin çata bilmədiyi cihazlar kimi görünsə də, tədqiqatçılar müəyyən ediblər ki, təxminən 300 dollara başa gələn aparatlardan istifadə edərək onlarla əlaqə saxləmaq mümkün olacaq.
3- Mesajlaşma platformalarında fərdlərə yönəlmiş hücumlar artacaq
WhatsApp və bir çox digər mesajlaşma platformalarında hədəflənən fişinq mesajlarının 2022-ci ildə iki dəfə artacağı gözlənilir.
4- Parolsuz autentifikasiya MFA olmadan uzun müddət uğursuz olacaq
Windows-un parolsuz autentifikasiyasının 2022-ci ildə başlayacağı proqnozlaşdırılır, lakin hakerlər və tədqiqatçılar bu həlli asanlıqla keçərək keçmiş halları təkrarlaya biləcəklər.
5- Şirkətlər artan xərclərə baxmayaraq kiber sığortanı artıracaq
Bu yeni sığorta əməliyyatları 2022-ci ildə müdafiəni təkmilləşdirmək üçün diqqət mərkəzində olacaq.
6- Sıfır etimad yanaşması tətbiq ediləcək
Sıfır etimad yanaşması əsasən hakerlərin aktivlərinizdən birinə təhlükə törətdiyini güman etmək və onların daha vacib sistemlərə keçmək imkanlarını məhdudlaşdırmaq üçün şəbəkə təhlükəsizliyinizi qorumaqdır. Təxmin edilir ki, 2022-ci ildə əksər təşkilatlar nəhayət, şəbəkələrində ən qədim təhlükəsizlik konsepsiyalarından bəzilərini tətbiq edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)







