Avro əskinasları yenidən dizayn ediləcək
Avropa Mərkəzi Bankı (AMB) 20 ilə yaxındır dövriyyədə olan avro əskinaslarının dizaynını dəyişdirmək istəyir.
Marja.az AMB-nin açıqlamasına istinadən xəbər verir ki, avro əskinasları üçün yeni dizayn prosesi tezliklə başlayacaq və 2024-cü ilə qədər yeni dizaynlar seçiləcək.
Avro əskinaslarının yenidən dizaynı prosesinə Avrozonadakı insanların rəylərini toplayan fokus qruplarının yaradılması ilə başlanacaq və sonra hər bir Avrozona ölkəsindən bir ekspert olmaqla yaradılacaq məsləhət qrupu yeni banknotların qısa siyahısını AMB-nin Rəhbərlik Şurasına təqdim edəcək.
AMB-nin Rəhbərlik Şurası yekun qərarı verəcək.
AMB prezidenti Christine Lagarde isə bu barədə, “20 ildən sonra avro əskinaslarımızı hər yaş və nəsildən olan avropalılar üçün daha cəlbedici etmək üçün onların görünüşünə yenidən baxmağın vaxtıdır” deyib.
AVRO ƏSKİNASLAR VƏ SİKKƏLƏR DÖVRİYYƏYƏ 1999-CU İLİN YANVARINDA BURAXILMIŞDI
Fransa və Almaniyanın rəhbərliyi altında 1999-cu ilin yanvarında 11 Avropa İttifaqı (Aİ) ölkəsinin avroya keçidinin rəsmi olaraq qüvvəyə minməsi qərara alınmış və iki ildən sonra bu valyutanı qəbul edən AB ölkələrində avro əskinasları və sikkələr dövriyyəyə buraxılmışdı.
Avronu Avropa İttifaqının 27 üzvü arasında Almaniya, Avstriya, Belçika, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Yunan Kipr Administrasiyası, Latviya, Litva, Lüksemburq, Malta, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstan istifadə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır

















.jpg)





