Yeni koronavirus variantı ssenariləri - DAHA AĞIR KEÇƏRSƏ...
Qlobal investisiya bankı "Goldman Sachs", yeni növ koronavirusun "Omicron" ştammının yarada biləcəyi təsirlərə əsasən dörd ssenari hazırlayıb. "Goldman" "Omicron"un "Delta" ilə müqayisədə daha ağır keçməsi və xəstəxanaya yatanların artırması ssenarisində qlobal iqtisadi artımın daha ağır zərər görəcəyini, nəzərdə tutur."Goldman Sachs"ın iqtisadçıları yeni koronavirus variantı "Omicron"un qlobal iqtisadi artım üzərində yarada biləcəyi təsirləri qiymətləndiriblər.
Marja.az xəbər verir ki, "Goldman Sachs" iqtisadçıları"Omicron" variantının yarada biləcəyi təsirlər üzrə 4 ssenari hazırlayıb.
"Omicron"un "Delta" variantı ilə müqayisədə daha sürətli yayılması ssenarisində, "Goldman" iqtisadçıları 2022-ci ilin ilk rübündə qlobal iqtisadi artımın təxminən 2,5 bənd geriləyərək 2%-ə düşməsini gözləyir.
İqtisadçılar bu ssenaridə 2022-ci il üçün isə əvvəlki proqnoz ilə müqayisədə 0,4 bənd az - 4,2% artım təxmin edirlər.
"Goldman" "Omicron"un "Delta" ilə müqayisədə daha ağır keçməsi və xəstəxanaya yatanların artırması ssenarisində isə qlobal iqtisadi artımın daha ağır zərər görəcəyini nəzərdə tutur.
Üçüncü ssenari olan "səhv həyəcan" ssenarisində isə "Goldman" iqtisadçıları qlobal artım və inflyasiya üzərində ciddi bir təsir gözləmir.
"Omicron"un daha sürətli yayılıb daha yüngül keçməsi ssenarisində isə qlobal artımın baza ssenarisindən sürətli reallaşacağını proqnozlaşdırır.
ÜST: "Omicron"un daha sürətli yayıldığına dair dəqiq dəlil yoxdur
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), yeni növ koronavirusun (Covid-19) "Omicron" ştammının daha sürətli yayıldığına və "Delta" daxil olmaqla digər variantlar ilə müqayisədə daha şiddətli xəstəliyə səbəb olduğuna dair dəqiq bir dəlil olmadığını açıqlayıb.
ÜST-ün yaydığı açıqlamada, "Omicron" variantının ortaya çıxdığı Afrika qitəsinin cənubundakı ölkələrə səyahət qadağası tətbiq olunmasına başlanması tənqid olunub.
Açıqlamada, "Artan sayda ölkələr, yeni "Omicron" variantı ilə əlaqədar narahatlıqlar səbəbilə cənubi Afrika ölkələrinə uçuş qadağaları tətbiq edərkən, ÜST ölkələri elmi və Beynəlxalq Səhiyyə Tənzimləmələrini izləməyə dəvət edir" deyilir.
ÜST, səyahət məhdudiyyətlərinin, Afrika ölkələrində dolanışıq mənbələri və tədarük zəncirləri mövzusunda mənfi təsir yarada biləcəyilə əlaqədar olaraq sərhədlərin bağlanılmaması çağırışını edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 17 d. əvvəl
-
17 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 33 d. əvvəl
- 33 d. əvvəl
- 36 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
















.jpg)




