Ərdoğan: Bu faizlər düşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Nə etsələr etsinlər bizi istehsal, məşğulluq və profisitli cari balans istiqamətli iqtisadi proqramımızdan geri döndərə bilməyəcəklər. Bu faizlər düşəcək, düşəcək. Biz yüksək faizə xalqımızı da, fermerimizi də əzdirməyəcəyik" deyib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İzmirdə açılış mərasimində çıxış edib.
Marja xəbər verir ki, Ərdoğan çıxışında iqtisadiyyata da toxunaraq faizlərin düşəcəyini, iqtisadi proqramlarından geri dönməyəcəklərini söyləyob.
Ərdoğan deyib: "Mərkəz Bankın valyuta ehtiyatı nə qədər idi bilirsinizmi? 27,5 milyard dollar. İndi 127 milyard dollardır. Haradan, hara. Nə etsələr etsinlər, bizi istehsal, məşğulluq və cari profisit istiqamətli iqtisadi proqramımızdan geri döndərə bilməyəcəklər.
19 ildir bu iqtisadi siyasətin hazırlıqlarını edirik. Artıq ölkəmizin iqtisadiyyatının xroniki xəstəliklərini azaltma deyil, müalicə etmək mərhələsinə keçmişik.
Ölkəmizdəki mandatçı iqtisadçılar və mandatçı siyasətçilər, Türkiyənin ən böyük iqtisadi qurtuluş mübarizəsini tam tərsinə göstərməyə çalışırlar.
Bu faizlər düşəcək, düşəcək. Biz yüksək faizə xalqımızı da, fermerimizi də əzdirməyəcəyik. Bizim tək hədəfimiz, insanımızın işinə, aşına, gələcəyinə sahib çıxmaqdır".
Ərdoğan "iqtisadi heç bir təməli olmayan valyuta məzənnəsi hərəkətləri üzərindən qaranlıq ssenarilər üçün çırpınırlar, millətimizi çaxnaşmaya və pessimizmə sürükləyərk siyasi dividend qazanmaq hiyləgərliyinə cürət edirlər", - əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
39 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 50 d. əvvəl
-
50 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN





















