İstismar edilən sahələrin torpaq vergisi qədər mədən vergisi azaldılacaq - VERGİDƏ DƏYİŞİKLİKLƏR
İnvestorlar üçün vergi və maliyyə yükünün azaldılması, hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi nəzərdə tutulurMəlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisdə müzakirə olunur. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.
Marja.az xəbər verir ki. qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri də geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisinin müvafiq təsdiqedici sənədlər əsasında 75 faiz azaldılmasıdır. Dəyişiklik qəbul edildiyi təqdirdə, dağ-mədən işlərinin görülməsi məqsədilə geoloji kəşfiyyat və tədqiqat işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılan sahələrin tədqiqat və kəşfiyyat müddətində azaldıcı əmsallar tətbiq olunmaqla torpaq vergisinin hesablanmasının həyata keçirilməsi investorlar üçün vergi və maliyyə yükünün azalması ilə nəticələnəcək və gələcək hasilatadək xərclərin optimallaşdırılması baş verəcək. Nəzərə alınsa ki, hazırkı dövrdə hasilat sənayesi üçün əlverişli olan işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlbi nəzərdə tutulur ki, bu zaman sözügedən güzəştlər investorların maraqlarına xidmət edən təşviq aləti kimi çıxış edəcəkdir.
Vergi Məcəlləsinə təklif edilən digər bir dəyişiklik hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsidir. Belə ki, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğinin həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla azaldılması nəzərdə tutulur.
Məlum olduğu kimi, mədənçıxarma sənayesinin iştirakçıları tərəfindən yerin təkindən çıxarılan faydalı qazıntılara görə mədən vergisinin ödənilməsi qanunvericilikdə təsbit edilib. Filiz və qeyri-filiz faydalı qazıntılar hasil edən vergi ödəyiciləri real sektorun iştirakçıları olduğundan və hazırda qeyri-filiz faydalı qazıntıları tikinti sektorunda və sement istehsalı sahəsində xüsusi əhəmiyyət daşıdığından, bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin xərclərinin vergi yolu ilə optimallaşdırılması vasitəsilə hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi təklif olunur. Hasil edilən faydalı qazıntıların maya dəyəri çəkilən xərclər hesabına formalaşdığından, istismar olunan sahələrə görə torpaq vergilərinin hesablanması da xərc elementi hesab edilir. Eyni sahə həm istifadədə olduğu, həm də istismar edildiyi üçün mədən və torpaq vergisinə cəlb olunur.
Beləliklə, müzakirədə olan dəyişikliklərin qəbul ediləcəyi halda, bu sahədə investisiya mühitinin cəlbediciliyi artacaq. Belə ki, torpaq qatından istifadə edilərək mədən vergisi hesablandığından, istismar edilən sahələrin torpaq vergisi qədər mədən vergisi azaldılacaq ki, bu da vergi ödəyicilərinin fəaliyyətini stimullaşdırmaqla yanaşı, xərc elementinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.
Müştərilərin xəbərləri
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
21 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 18 saat sonra
-
-
10 d. əvvəl
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
-
19 d. əvvəl
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
- 1 saat əvvəl
-
2 saat əvvəl
İyun ayında da daşınmaz əmlak qiymətləri artıb – torpaq bazarı liderdir
-
2 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
2 saat əvvəl
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Ən çox oxunanlar
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
Palma yağı təhlükəlidirmi? - Qoşqar Təhməzlidən açıqlama
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
Azərbaycan neftinin son qiyməti
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib

























