Bu il Azərbaycanda kredit hesabları 900 mindən çox artıb
Azərbaycan banklarında kredit hesbaları 2021-ci ilin oktyabr ayında 147 min 594, cari ilin 10 ayı ərzində (yanvar-oktyabr) 906 min 935 sayda artaraq 3 milyon 629 min 447-yə çatıb. Sentyabr ayında kredit hesabları 113 min157 artmışdı.
Marja.az Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin 10 ayında kredit hesbaları 101 min 024 azalmışdı.
2020-ci il ərzində (12 ayda) kredit hesbaları 77 min 302 azalaraq 2 milyon 722 min 512-yə düşmüşdü.
Azərbaycan banklarında depozit hesabları oktyabr ayında 4 min 95, cari ilin 10 ayı ərzində isə 31 min 351 artaraq 248 min 237-yə çatıb. 2020-ci ilin sonunda depozit hesabları 216 min 886 sayda olmuşdu.
Azərbaycan banklarında cari hesablar ötən ilin sonu ilə müqayisədə yanvar-oktyabr dövründə 2 milyon 986 min 63 sayda artaraq 21 milyon 226 min 182-yə çatıb.
Xəbər verdiyimiz kimi, 2021-ci ilin Oktyabr ayında Azərbaycanın bank sektorunun cəmi kredit qoyuluşları 458,6 milyon manat artaraq 01.11.2021-ci il tarixində 15 milyard 997.3 milyon manata çatıb. Sentyabrın ayının sonunda cəmi kredit qoyuluşları 15 milyard 538,7 milyon manat təşkil etmişdi. Ötən ilin sonu ilə müqayisədə isə (cari ilin 10 ayı ərzində) cəmi kredit qoyuluşları 1 milyard 692.6 milyon manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






