Elə sahədə 2-3 manata satılır
Faydalı və gəlirli tərəvəz hesab edilən sarımsağın becərilməsinə ölkəmizdə maraq artmaqdadır. Bərdə rayon Soğanverdilər kənd sakini Allahverdi Abdullayev də bu il 9 hektar sahədə sarımsaq bitkisi becərib.
Allahverdi Abdullayev bildirib ki, sarımsağın becərilməsi ilə hələ sovetlər dövründə məşğul olub. Sonrakı illərdə digər tərəvəz bitkiləri becərən fermer təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün yenidən sarımsaq becərmək qərarına gəlib: “Hazırda Azərbaycanda sarımsaq az becərilir, satış qiyməti isə yüksəkdir. Düşündüm ki, yeni becərmə texnologiyasından istifadə etməklə yüksək məhsuldarlıq əldə etmək və gəlir götürmək olar. Odur ki, sentyabr ayında sahələrə sarımsaq əkdik”.
Fermer deyir ki, müasir becərmə texnologiyalarından, tirəyə əkin və damcı suvarma üsulundan istifadə etməklə yüksək məhsuldarlığa nail olub: “Müasir üsulla becərmə bir qədər çox vəsait tələb etsə də, yüksək məhsul almaq mümkündür. Əgər ənənəvi üsulla sarımsaq bir cərgədə əkilirdisə, yeni üsulla iki cərgədə əkilir. Bitkinin suvarılması damcı üsulu ilə həyata keçirilir. Bu zaman suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, məhsuldarlıq yüksəlir. Belə ki, ənənəvi yolla becərmə zamanı məhsuldarlıq hər hektardan 9-10 ton olurdusa, yeni üsulla becərmə zamanı hektardan orta hesabla 16 ton sarımsaq götürülür”.
Hazırda sahələrdə sarımsaq yığımı davam edir. Fermer bildirir ki, istehsal olunan məhsul elə sahədə 2-3 manata satılır. Alıcılar sarımsağı birbaşa sahədə alaraq, ölkə daxilindəki bazarlara, həm də Rusiya bazarlarına çıxarırlar.
Təsərrüfatında növbəli əkin sistemi tətbiq edən A.Abdullayev qeyd edib ki, sarımsaq yığımı başa çatdıqdan sonra həmin sahədə yerkökü becərəcək. Fermer həmçinin sarımsaq əkini sahələrini daha da genişləndirməyi, sentyabr ayında 20 hektar sahədə sarımsaq əkməyi nəzərdə tutur.
© Azərtac
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
6 saat əvvəl
“Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və keçirir”
-
6 saat əvvəl
“Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır”
-
6 saat əvvəl
Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır
-
8 saat əvvəl
“NAS Project BOKT”ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"GameStop"dan "eBay" üçün 55,5 milyard dollarlıq təklif - "Amazona ciddi rəqib olacaq"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır
Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir
BP Azərbaycanda zavod inşa edəcək
Ən çox oxunanlar
5 metr uzunluğa malik yeni nəsil "Wuling Starlight L" təqdim edilib - Azərbaycanda da təqdim olunması planlaşdırılır
İtaliyanın Baş naziri Meloni Azərbaycana səfərə gəldi
"GameStop"dan "eBay" üçün 55,5 milyard dollarlıq təklif - "Amazona ciddi rəqib olacaq"
"İran Hörmüz boğazında istənilən ssenariyə hazırdır"
PULLU Adam olmaq üçün ilk addımını at ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır







.jpg)






.jpg)







