Kredit kartları maaş kartlarından daha çox artıb
2021-ci ilin 10 ayı ərzində ödəniş kartlarının ümumi say 1 milyon 443 min ədəd artıb. Bu il əməkhaqqı kartlarının sayı 128 min ədəd, kredit kartlarının sayı isə 269 min ədəd artıb.Azərbaycanda ödəniş kartlarının sayının artması 2021-ci ilin oktyabr ayında da davam edib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ödəniş kartlarının ümumi sayı sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayı ərzində 244 min ədəd artaraq 10 milyon 673 min ədədə çatıb.
2020-ci ilin sonu ilə müqayisədə, 10 ay ərzində (yanvar-sentyabr) ödəniş kartlarının ümumi say 1 milyon 443 min ədəd artıb.
Oktyabr ayında sosial kartların sayı 64 min ədəd artaraq 3 milyon 460 min ədədə, əməkhaqqı kartlarının sayı 23 min ədəd artaraq 2 milyon 629 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 98 min ədəd artaraq 3 milyon 222 min ədədə, kredit kartlarının sayı isə 59 min ədəd artaraq 1 milyon 362 min ədədə çatıb.
Cari ilin 10 ayı ərzində (yanvar-oktyabr dövründə) sosial kartların sayı 17 min ədəd, əməkhaqqı kartlarının sayı 128 min ədəd, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 1 milyon 29 min ədəd, kredit kartlarının sayı isə 269 min ədəd artıb.
Qeyd edək ki, 2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artmışdır. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi.
2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 210 min ədəd artmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























