Odessa və Gəncə arasında mütəmadi aviareys açılır - QİYMƏT
Azərbaycan hökuməti “Bees Airline” aviaşirkətinə icazə verdiAzərbaycan hökuməti “Bees Airline” aviaşirkətinə Bakıya ilk reysini bu il dekabrın 6-da həyata keçirməyə icazə verib.
Bu barədə şirkətdən “avianews.com” saytına bildiriblər.
Odessa və Gəncə arasında mütəmadi reyslər həftədə 1 dəfə - həftənin birinci günləri həyata keçiriləcək.
Odessa-Gəncə reyslərinin bir istiqamət üçün qiyməti, təxminən, 84,3 ABŞ dolları, gediş-gəliş qiyməti, təqribən, 169,7 ABŞ dolları təşkil edir. Ən ucuz tarifə yalnız əl çantasının daşınması daxildir. Təyyarənin salonuna ölçüsü 55х40х23 sm, çəkisi 7 kq-dək olan kişi, qadın çantası və ya noutbuk götürmək olar.
“Bees Airline” avişirkətinin həyata keçirəcəyi Odessa-Gəncə-Odessa reyslərinin cədvəli aşağıdakı kimidir:
- Odessadan uçuş – saat 09:00, Gəncəyə eniş - 13:20, bazar ertəsi
- Gəncədən uçuş – saat 14:20, Odessaya eniş - 15:00, bazar ertəsi
Xatırladaq ki, Ukrayna XİN 2022-ci il yanvarın 1-dək Ukrayna vətəndaşlarının Azərbaycana turizm məqsədilə səfər etməsinə qadağa qoyub. Beləliklə, hələlik bu uçuşlardan qohumlarına baş çəkmək istəyən Ukrayna vətəndaşları faydalanacaqlar.
Azərbaycan vətəndaşları Ukraynaya səfər etmək üçün peyvəndləmə sertifikatına malik olmalı və ya uçuşdan öncə test etdirməlidirlər.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















