İlk dəfə elektrikli avtomobil benzin avtomobili keçərək satışlarda 1-ci yeri tutub
Tesla Model 3 elektromobili, ən məşhur benzinli avtomobilləri geridə qoyaraq Avropada Sentyabr ayında ən çox satılan nəqliyyat vasitəsi olub.Tesla Model 3 Sentyabr ayında Avropada ən çox satılan nəqliyyat vasitəsi olub. Beləliklə, ilk dəfə bir elektrikli avtomobil benzinli modelləri keçərək satışlarda birinci yeri tutub.
Marja xəbər verir ki, Teslanın ən münasib qiymətli modellərin biri olan Model 3 elektromobili Renault Clio və Volkswagen Golf kimi markaları geridə qoyaraq Avropada ən çox alınan avtomobil olub.
"Jato Dynamics"in araşdırma hesabatına görə, Teslanın üçüncü rübün sonunda satışlarını artırmağa istiqamətlənmiş hücumu Model 3-ün satışlarının artmasına müsbət təsir göstərib.
İlk dəfə bir elektrikli avtomobil aylıq satışlarda ilk yeri tutarkən, avtomobil istehsalçılarının daxili yanma mühərrikləri yavaş-yavaş tərk etməsi lazım olduğuna dair işarələr də gedərək artır. Hökumətlər də elektrikli avtomobil almaq istəyənlərə comərd vergi təşviqləri edir.
Tesla Sentyabr ayında 24 min 591 ədəd Model 3-ü müştərilərinə təhvil verib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 58% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin 3-cü rübündə Elon Musk-ın elektromobil şirkəti Tesla-nın gəliri 57% artaraq 13,8 milyard dollara yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























