Qarabağın qurulmasında istifadə oluna biləcək xüsüsi texnikalar nümayiş olunur – BAKIDA SƏRGİ
“İmprotex İndustries” “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edir(®) 20-22 oktyabr 2021-ci il tarixlərində Bakı şəhərində keçirilən birinci “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2021) sərgisində “İmprotex” Şirkətlər Qrupuna daxil olan “İmprotex İndustries” üst qurğuları və metal konstruksiyalar zavodu iştirak edir.
Ən son texnoloji yeniliklərə malik avadanlıqlarla təchiz olunmuş zavod ümumilikdə illik 1200 ədəd idxalı əvəz edə bilən müxtəlif təyinatlı üst qurğu və kənd təsərrüfatı qoşquları, həmçinin mürəkkəbliyindən asılı olaraq 10 000 – 20 000 ton metal konstruksiya istehsal etmək gücünə malikdir.
“İmprotex İndustries” stendində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında istifadə oluna biləcək xüsüsi texnikalar nümayiş olunur. Belə ki, Avropanın qabaqcıl şirkətlərinin və “İmprotex” zavodunun mühəndis heyətinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn ən yüksək dünya standartlarına cavab verən, tam yerli istehsal olan yanğınsöndürən, tullantı daşıyan və digər tenikalar ilə sərgi ziyarətçiləri tanış ola bilər:
- İMFF 20.50 – dar küçələrdə istifadə üçün yanğınsöndürən-xilasetmə texnikası;
- İMFF 80.50 – su mənbələri olmayan ərazilərdə istifadə üçün yanğınsöndürən avtoçəni;
- ROTOPOWER 20 – silindrik gövdəli 20 m3 həcmli tullantı daşıyan texnika;
- PLATEPOWER 10 – dar küçələrdə istifadə üçün 10 m3 həcmli tullantı daşıyan texnika;
- İMTRAİLER tentli yarımqoşqu;
- 10 m3 həcmli maye çəni;
- 5 m3 həcmli yanacaq daşıyan çən.
Eyni zamanda, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra edilməsi planlaşdırılan layihələrdə “İmprotex İndustries” MMC-nin texnoloji potensialı biznes tətəfdaşları üçün təqdim edilir. Zavodumuzun istifadəyə verilməsi Azərbaycan daxilində reallaşdırılan bir sıra strateji layihələrin metal-konstruksiya təchizatında idxalın əmsalını azaltmağa imkan verib. Hal-hazırda zavod yeni avadanlıqlarla təchiz olunmaqdadır ki, bu da ənənəvi metal-konstruksiyalardan savayı son texnalogiyalar ilə dənli bitkilərin anbarlama (silo) və emal qurğularını, həmçinin müxtəlif formalı və təyinatlı profillərin istehsal xəttini qurmağa imkan verəcəkdir.
İmprotex Şirkətlər Qrupu 1991-ci il tarixindən fəaliyyət göstərir. İmprotex Motors, İmprotex Travel, İmprotex Trucks and Buses, İmprotex İndustries, İmaqro kimi törəmə şirkətləri özündə birləşdirir. “Improtex” Şirkətlər Qrupu müstəqil Azərbaycanın ilk özəl şirkətlərindən biri olaraq, fəaliyyət dövrü ərzində bir çox xarici və yerli şirkətlərlə sıx əməkdaşlıq edərək Azərbaycanın iqsadiyyatının və qeyri-neft sektorunun davamlı inkişafına yardımçı olmuşdur. Hal‐hazırda “Improtex” şirkətlər qrupu nəqliyyat, metalkonstruksiya, yük maşınları və onların üstqurğularının və yarımqoşquların istehsalı, turizm sahələrində fəaliyyət göstərir.
“Improtex” Şirkətlər Qrupu
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15 km
Əlaqə nömrəsi:+994 (12) 448 02 00
Faks: : +994 (12) 448 03 00
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
12 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
13 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
13 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
13 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
14 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
14 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
14 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır


























