Vəzifələr üzrə yeni qiymətlər
Tarif (Qiymət) Şurası tərəfindən dövlət qulluğu ilə bağlı yeni təsdiq edilmiş ödənişli xidmətlərin tarif cədvəlinə əsasən, dövlət qulluğuna qəbul üçün ən yüksək rüsum ödənişi inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə olacaq.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu vəzifələrə inzibati vəzifələrin 2-ci təsnifatı üzrə dövlət orqanlarında aparat rəhbəri, aparat rəhbərinin müavini və şöbə müdiri, yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, fondların icraçı direktoru və direktoru, inzibati vəzifələrin 3-cü təsnifatı üzrə şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi, dövlət orqanlarında aparat rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi, Tarif (Qiymət) Şurasının katibi, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri, fondların icraçı direktorunun və direktorunun müavini, dövlət orqanlarında aparat rəhbərinin müavini daxildir. Bu vəzifələr üzrə işləmək istəyənlər bir dəfə imtahanda iştirak üçün 110 manat ödəməli olacaqlar.
İnzibati vəzifələrin 4-cü təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, regional bölmənin rəhbəri, şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi, regional bölmənin rəhbərinin müavini, yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə sektor müdiri, şöbə müdiri, şöbə müdirinin müavini 100 manat ödəməli olacaqlar.
İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə yerli bölmənin rəhbəri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, yerli bölmənin rəhbəri, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə sektor müdiri, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini, dövlət orqanı rəhbərinin köməkçisi imtahanda bir dəfə iştirak üçün 90 manat ödəməli olacaqlar.
Baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi vəzifəsi üzrə imtahanlarda iştirak üçün 70 manat rüsum ödəniləcək.
Dövlət qulluğuna qəbul üçün ən az rüsumu (10 manat) katibə, kargüzar, sürücü, liftçi və s. işləmək istəyənlər ödəyəcəklər.
Mərkəzdən bildirilib ki, dövlət qulluğu imtahanlarında iştirak üçün Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilən tariflərin üzərinə ƏDV əlavə edilməyəcək və namizədlər müəyyənləşdirilmiş qiymətlərlə rüsum ödəyərək imtahanda iştirak edə biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 41 d. əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)



.jpg)




