İnvestorlar məyus olublar - NEFT KƏSKİN UCUZLAŞIB
Xəbər verdiyimiz kimi, dünən Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkə neft hasilatının azaldılması müqaviləsini 9 ay uzatdılar. İclasdan günlər əvvəl həmin müddətdən daha artığını uman investorlar məyus olublar və nəticədə də neft qiymətləri aşağı düşür.
Neft təxminən 6% ucuzlaşıb.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, qərarın işləməkdə olduğunu, ehtiyatlardakı azalmanın üçüncü rübdə sürətlənəcəyini və ehtiyatların gələn ilin əvvəlində beş ilin ortalamasına düşəcəyini deyib. Rusiyanın energetika naziri Aleksandr Novak, Bloomberg-ə verdiyi müsahibədə, istehsalçıların, ehtiyac olarsa, qiymətləri daha da dəstəkləmək üçün əllərində vasitələr olduğunu qeyd edib.
Analitiklər bildiriblər ki, müqavilənin 9 ay uzadılacağı əvvəlcədən bilinirdi. Bu da neft qiymətlərinin qalxmasında əks olunmuşdu. İnvestorlar Vyanada müqavilənin daha uzun müddətə uzadılacağını gözləyirdilər, amma bu baş vermədi.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 6% düşərək 48.40 dolları, Brent nefti Londonda ICE Futures Europe birjasında 5,8% düşərək bareli 50.96 dolları görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
7 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
7 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
8 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
8 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)












