Dünyanın ən böyük polad şirkətlərindən biri yüksək qaz qiymətləri səbəbiylə zavodlarını bağladı
Dünyanın ən böyük polad şirkətlərindən biri olan "ArcelorMittal", yüksək enerji qiymətləri səbəbiylə Avropada bir sıra zavodlarında istehsalını dayandırıb.
Marja xəbər veri rki, bu barədə cümə axşamı günü Britaniyanın "Financial Times" qəzeti Lüksemburqda yerləşən şirkətin açıqlamasına istinadən məlumat yayıb.
"ArcelorMittal", xüsusilə inşaat sektoru üçün məhsullar istehsal edən Avropadakı zavodlarında istehsalı dayandırmaq məcburiyyətində qaldığını qeyd edib.
Qlobal polad bazarının təxminən 10% -nə nəzarət edən şirkət, bu qərarın "iqtisadi xərclər baxımından polad istehsalını çətinləşdirən yüksək elektrik enerjisi qiymətlərinə cavab olaraq" verildiyini vurğulayıb.
Polad istehsalçısının açıqlamasına görə, mövcud vəziyyət onun ümumi istehsal həcminə, eləcə də istehlakçı tələbatını ödəmək qabiliyyətinə "ciddi təsir göstərməyəcək".
"Financial Times", "ArcelorMittal"ın Avropa zavodlarında orta hesabla ildə təxminən 40 milyon polad istehsal etdiyini, bunun da dörddə birini inşaat sektorunun ehtiyaclarına ödədiyini hesablamışdır. Ümumilikdə, 2020 -ci ildə Lüksemburqda yerləşən şirkət 78,5 milyon ton polad istehsal edib - bu göstəriciyə görə dünyada yalnız Çinin "China Baowu Group" şirkətindən sonra ikinci yerdədir.
Daha əvvəl, İngiltərənin sənaye birliyi "UK Steel", bu qışda elektrik enerjisi qiymətlərinin artmağa davam edəcəyi təqdirdə İngiltərədə polad istehsalının artıq heç bir fayda verməyəcəyi barədə xəbərdarlıq etmişdir. Birlik, bəzi müəssisələrin qeyri-müəyyən müddətə fəaliyyətlərini dayandırmaq məcburiyyətilə üzləşə biləcəyini qeyd etmişdi.
Avropanın anbarlarında doluluq səviyyəsinin aşağı olması və Asiyada tələbatın rekord artması fonunda qaz qiymətləri bir neçə aydır artmağa davam edir. Oktyabrın 6-da ICE birjasında qiymət 1000 kubmetr üçün 1900 dolları keçərək rekord qeyd etmiş, lakin bundan sonra enməyə başlamışdı. Cümə axşamı günü ICE birjasında qazın qiyməti 1000 kubmetr üçün 1200 dolların üzərində idi.
Qeyd edək ki, elektrik enerjisi istehsalında qazdan istifadə edilir. Təbii qazın bahalaşması elektrik enerjisinin də bahalaşmasına səbəb olur.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


















.jpg)






