AZAL Airbus ilə yeni hava gəmilərinin alınmasını müzakirə etdi
Azərbaycan 2030-cu ilədək 20 yeni nəsil "Airbus" təyyarəsi ala bilərAZAL-ın prezidenti Cahangir Əsgərov oktyabrın 13-də “Airbus Group”un Şərqi və Şimali Avropada satış üzrə regional direktoru Sergey Nedbaylo ilə görüşüb.
Danışıqlar zamanı tərəflər ikitərəfli təşəbbüslər çərçivəsində çoxillik əməkdaşlığı müzakirə ediblər və şirkətlər arasında qarşılıqlı fəaliyyətin uğurlu təcrübəsini vurğulayıblar.
O cümlədən, “Azərbaycan Hava Yolları” aviaşirkətinin mövcud təyyarə parkının 2030-cu ilə qədər yenilənməsi barədə ilkin razılıq əldə edilmişdir. Belə ki, müəyyən edilən dövrdə Airbus Group tərəfindən aviaşirkətə mövcud Airbus A319 və Airbus A320 təyyarələri əvəzinə yeni nəsil Airbus A320neo və Airbus A321neo tipli 20-dək təyyarə təchiz edilə bilər.
Tərəflər əvvəlcədən sözügedən müasir hava gəmilərinin alınmasına dair təkliflər hazırlamaq barədə razılığa gəliblər. Bu təkliflər sonradan “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.
Görüşdə həmçinin mülki aviasiyanın hazırkı vəziyyəti, pandemiyanın təsiri və koronavirus infeksiyasının mülki aviasiya sahəsinə yayılmasının nəticələri barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























