Ziraat Bank Azərbaycan güzəştli biznes kreditlərinin məbləği üzrə banklar arasında 3-cü oldu
®️Ziraat Bank Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına rəsmiləşdirilən kreditlərin məbləğinə görə ən çox kredit verən bankların siyahısındadır.
Hər zaman real sektorun inkişafına böyük önəm verən Ziraat Bank Azərbaycan 2021-ci il 1 yanvar-1 oktyabr tarixləri üzrə Sahibkarlığın İnkişafı fondunun xətti ilə müştərilərə təqdim edilən kreditlərin məbləğinə görə banklar arasında 3-cü olub.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən paylaşılan məlumata əsasən Ziraat Bank Azərbaycan 2021-ci ilin əvvəlindən oktyabr ayının 1-dək toplam olaraq 8 milyon 450 min manat kredit sahibkarlara təqdim etmişdir.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan Sahibkarlığın İnkişafı Fondu ilə 2018-ci ildən etibarən əməkdaşlıq edir. Əməkdaşlıq dövrü ərzində bank tərəfindən fondun xətti ilə 25 milyon manatdan artıq məbləğdə sahibkarlara kredit təqdim edilmişdir.
Ziraat Bank Azərbaycan Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını hazırda da davam etdirir.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupuna daxil olan Bank olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur. Bankın məhsul, xidmət və təklifləri haqqında daha ətraflı məlumatı ziraatbank.az veb səhifəsi, Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
9 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
23 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
49 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
























