Bakıda Ömürboyu Təhsil Mərkəzi açıldı
Ömürboyu Təhsil Mərkəzində peşə hazırlığı kursları, sertifikat proqramları, korporativ təhsil, mini ixtisas proqramları, qısa və intensiv kurslar, beynəlxalq yay məktəbləri təşkil ediləcək.Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibində "UNEC Ömürboyu Təhsil Mərkəzi" -nin açılışı olub.
Universitetin yaydığı məlumatda bildirilir ki, tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, tanınmış şirkətlərin insan resursları üzrə rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Tədbirin açılışında rektor Ədalət Muradov mərkəzin yaradılmasının əsas məqsədinin müasir tələblərə cavab verən korporativ təhsil modelinin tətbiqi olduğunu deyib. Rəqəmsal iqtisadiyyat üzrə tələb olunan bacarıqların formalaşdırılmasının mərkəzin fəaliyyətində əsas prioritet olacağını vurğulayan rektor, rəqəmsal məhsul və xidmətlərin istehlakı baxımından vacibliyini nəzərə alaraq, istehlakçıların rəqəmsal savadlandırılmasına da xüsusi diqqət veriləcəyini qeyd edib. Rektor mərkəzin yaradılmasının UNEC-in sahibkar universitetə keçid istiqamətində atılan addımlardan biri olduğunu və müəllimlər arasında rəqabəti daha da artıracağını vurğulayıb.
Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli əmək bazarının mahiyyətindən və vətəndaşların məşğulluğu ilə bağlı tələblərdən danışıb. Məşğulluğun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu deyən M.Abbasbəyli ixtisasla yanaşı, peşə bacarıqlarına yiyələnməyin vacibiliyini diqqətə çatdırıb, bu istiqamətdə ömür boyu təhsil alətlərinin əhəmiyyətli olduğunu bildirib. O, məşğulluq agentliyinin qarşısında duran vəzifələrdən birinin təhsil və təhsil ocaqları arasında düzgün əməkdaşlıq müstəvisinın formalaşdırılmalı olduğunu vurğulayaraq, agentlik ilə UNEC-in əməkdaşlıq imkanlarından söz açıb.
Sonra Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli mərkəzin fəaliyyəti barədə təqdimatla çıxış edib. Ömürboyu Təhsil Mərkəzində peşə hazırlığı kursları, sertifikat proqramları, korporativ təhsil, mini ixtisas proqramları, qısa və intensiv kurslar, beynəlxalq yay məktəbləri təşkil ediləcəyini deyib. Eləcə də bakalavriat, magistratura səviyyəsinə qəbul və əlavə sınaq imtahanlarına, yaradıcılıq müsabiqələrinə, dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara dinləyici hazırlığının aparılacağını bildirib. Qeyd olunub ki, mərkəzdə adaptiv tədris metodikası tətbiq olunmaqla, təhsil və hazırlıq proqramları əyani, distant və hibrid formada təşkil ediləcək.
Tədbirdə çıxış edən Karyera Mərkəzinin direktoru Ramil Cabbarov qlobal əmək bazarında ən cox tələb olunan rəqəmsal marketinqin əhəmiyyətindən danışıb. O, UNEC-də rəqəmsal marketinq üzrə sertifikat proqramının reallaşdırıldığını və proqrama korporativ sektordan çoxsaylı marağın olduğunu deyib.
Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















