Neft həftəinin ilk günü daha da bahalaşdı
Neft, tələbin artması, təklifin təxminən dəyişməz qalması və Avropada təbii qaz qiymətlərinin yüksəlməsi ilə bahalaşır. Brent neftin qiyməti 3 ilin ən yüksək səviyyəsinə çatıb.
Marja xəbər verir ki, Brent neftinin qiyməti həftənin ilk əməliyyat günündə 1,2% bahalaşma ilə 79,05 dollardan ABŞ xam nefti (WTI) də 1,3% bahalşama ilə 74,95 dollardan ticarət olunub.
Brent markalı neftin qiyməti 2018-ci ilin oktyabr ayından bəri ilk dəfə 79 dollar/barel səviyyəsini keçir.
Avropada təbii qaz kəsiri və qiymətlərin yüksəlməsi sərmayə banklarının neft qiyməti proqnozlarını yenidən nəzərdən keçirmələrinə səbəb olur. "Goldman Sach"sa görə əgər bu qış "normaldan daha soyuq keçsə" neft qiymətləri 85 dollara qədər qalxa bilər. Bankın mövcud il sonu proqnozu 80 dollar səviyyəsindədir.
Analitiklər bildirirlər ki, hava sürətlə enerji bazarlarında ən əhəmiyyətli faktora çevrilir. Şimal yarımkürəsi qışı rekord aşağı qaz ehtiyatları və misli görünməmiş qiymətlərlə qarşılayır. Avropada və Asiyada təbii qazın min kubmetr üçün qiymət 1000 dollara yaxınlaşıb. Bahalı qaz, Avropada kömür də daxil olmaqla digər daha əlverişli enerji mənbələrinə olan tələbatı artırıb.
Enerji böhranı təhlükəsi altında Avropa ölkələri bu qışı mazutla keçirməli ola bilər. Qış iqlim normasından daha soyuq keçəcəyi təqdirdə, neftə olan tələbat gündə 2 milyon barel artıracaq. Elektrik enerjii istehsalında neftdən istifadə artacaqdır.
Sənaye müəssisələrinin və neft emalı zavodlarının da neftə tələbatının daha da artıracağı və qiymətin 100 səviyyəsinə çata biləcəyi nəzərdə tutulur.
Tələbin artacağı ehtimalı ilə bərabər, istehsalda gözlənilməz fors -major yaranıb: ABŞ-ın cənub-şərqini vuran İda qasırğasından sonra Meksika Körfəzində onlarla qazma platforması boş dayanmağa davam edir. Amerikanın neft istehsalı sentyabrın əvvəlində gündəlik 11,5 milyon barreldən 10 milyona düşüb.
ABŞ-ın kommersiya neft ehtiyatları ardıcıl olaraq 8 həftə azalıb və ümumi həcmi əvvəlki beş illik ortalamadan 21% aşağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)











.jpg)






