Çindən tarixi neft satışı
Çin, strateji ehtiyatlarından ilk neft satışını "PetroChina"nın törəmə şirkəti olan"Hengli Petrochemical"a edib. "PetroChina" rəhbərliyindən alınan məlumata görə, Forties və Qatar Marine xam nefti 65 dollar/bareldən satılıb.Çin, tarixi bir addım ataraq, ölkənin iri neftayırma zavodlarının sahibi olan "PetroChina" şirktinin bir şirkəti olan "Hengli Petrochemical"a ehtiyacını ödəmək məqsədilə ilk dəfə strateji neft ehtiyatlarından satış edib.
Hərracda 7,38 milyon barel neft satılıb ki, bu da Çinin 10,5 milyon barel olan gündəlik neft idxalından aşağıdır.
Marja xəbər verir ki, "Bloomberg"in "PetroChina" rəhbərliyindən aldığı məlumata görə, Forties və Qatar Marine xam nefti 65 dollardan satılıb. Həmçinin Oman və Upper Zakum neftləri 65 dollar və 70,50 dollardan satılıb. Hərracda Murban nefti üçün təklif verilməyib.
Hökumət bu ayın əvvəlində, ehtiyatlardan neft satışı edəcəyini ilk dəfə ictimaiyyətə açıq bir şəkildə bildirib.
Bu satış, Brent neftin qiymətinin 2018-ci ildən bu yana ən yüksək səviyyəyə yüksəldiyi dövrə təsadüf edib.
Həmçinin Çin, əmtəə qiymətlərindəki güclü artımlar ilə mübarizə aparmaq üçün ehtiyatlarından metal satışı da edir.
Həmçinin oxu
Brent neftin qiyməti 3 ilin ən yüksək səviyyəsində!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)








