60 manatdan saç kəsən bərbərxana markası Azərbaycana gəlir
Türkiyənin bərbərxanalar şəbəkəsi “Kadir Alkan” Azərbaycan bazarına daxil olacaq.
Marja xəbər verir ki, bunu şəbəkənin yaradıcısı Kadir Alkan bildirib.
O qeyd edib ki, yeni növ koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış xarici bazarlara genişlənmə layihəsi 2020-ci ildə yenidən start götürəcəkdir.
Kadir Alkan məlumat verib ki, Türkiyə və xaricdə 20 “Kadir Alkan” salonu fəaliyyət göstərir. Türkmənistan, Bolqarıstan, Şotlandiya, Hollandiya, İngiltərədə françayzinq razılaşmaları ilə salonlar açılıb. 2022-ci il “Kadir Alkan” markası üçün xaridə genişlənmə ili olacaqdır:
"Müqavilələri bağlamışıq. 2022-ci ildə bir sıra Avropa ölkələrində, Dubay, Bakı, Nyu-York, Myamidə "Kadir Alkan" salonu fəaliyyətə başlayacaqdır.
Bir dünya markası yaratmaq istəyirəm. Xəyallar etmədən olmur. Mən çox xəyal etdim və xəyal etdiklərimə nail olmuşam. İndi də yeni xəyallar qururam, bu xəyallarımı da edə bilsəm mənim üçün qürur olacaq. Böyük şeylər xəyal edirəm. Mənim fəlsəfəm budur: Böyük xəyal et, riskə get və çox çalış".
Kadir Alkan bildirib ki, “Kadir Alkan” salonunda saç kəsimi qiymətləri 300 türk lirəindən (60 manat) başlayır:
"Biz 300 lirəyə saç kəsirik, başlanğıc qiymət 300 lirədir. Bunu da bildirib, hər kəs bilsin. Seçilən paketlərə görə qiymətlər artır. VİP paketlər var. Xüsusi otaqlarda xidmət göstərə bilirik. Nə qədər yüksək xidmət, ona görə də qiymət. Keyfiyyəti ucuza satın almaq olmaz".
Qeyd edək ki, 1982-ci ildə İstanbul doğulmuş, Kadir Alkan 12 yaşından bərbərlik edib, eyni zamanda təhsil də almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























