Azərbaycan Çin xidmətlər ticarəti sərgisində vahid ölkə stendi ilə təmsil olunur
Çinin paytaxtı Pekində Çin beynəlxalq xidmət ticarəti sərgisi (China International Fair for Trade in Services - CIFTIS) işinə başlayıb.
İqtisadiyyat Nazirliyinin dəstəyi və ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan vahid ölkə stendi ilə xidmətlər ticarəti sahəsində Çinin ən önəmli beynəlxalq sərgisində iştirak edir. Azərbaycan stendinə baş çəkən çinli sahibkarlar ölkəmizdə xarici investor üçün yaradılan şərait, təklif edilən imtiyaz və güzəştlər haqqında geniş məlumat əldə edə biləcəklər. Budəfəki sərgidə ilk dəfə olaraq, İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi”də təmsil olunur. Stendimizi ziyarət edənlər ölkəmizin tranzit-nəqliyyat potensialı, sənaye parklarımızda rezidentlərinə verilən güzəştlər və xidmətlər, Ələt Azad İqtisadi Zonasında investorlara təklif edilən unikal imkanlar və xidmətlər ilə tanış ola bilirlər.
Bundan başqa, stendimizdə Azərbaycanın turizm imkanları təqdim olunur, Çində satışda olan “Made in Azerbaijan” brendli qida və kənd təsərrüfatı məhsulları nümayiş edilir.
Qeyd edək ki, 2012-ci ildən dövlət səviyyəsində keçirilən sərginin əsas təşkilatçıları Çinin Kommersiya Nazirliyi və Pekin meriyasıdır. Bununla yanaşı, Dünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı CIFTIS-i daima dəstəkləyən qurumlardır. Builki sərgidə iştirak etmək üçün 153 ölkədən 10 mindən çox iş adamı qeydiyyatdan keçib. Sərgi xidmətlər ticarəti üzrə qlobal sammit, forum, konfrans, ekspozisiya, təqdimat və müzakirələr olmaqla 6 növdə 100-dən çox tədbiri əhatə edəcək. Ümumi ekspozisiya sahəsi 130 min kvadratmetr olan sərginin 11 min kvadratmetri rəqəmsal xidmətlərə aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
3 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
4 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
4 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
4 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
5 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
5 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
5 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır




























