Bu məhsul Azərbaycandan ilk dəfə Avropa İttifaqına ixrac olunacaq
Ölkəmizdə ilk dəfə olaraq yerli dəri emalı müəssisələri tərəfindən istehsal olunan işlənmiş dəri məhsullarının Avropa İttifaqına ixracının həyata keçirilməsi üçün həmin müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə müvəffəqiyyətlə qəbul edilibAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Avropa İttifaqı ölkələrinə heyan mənşəli qida və qeyri-qida məhsullarının ixracı sahəsində daha bir uğur əldə edilib.
AQTA-dan Marja-ya daxil olmuş məlumata görə, Agentlik tərəfindən baytarlıq nəzarətində olan qeyri-qida məhsullarının, o cümlədən işlənmiş dərinin Avropa İttifaqı ölkələrinə satışı istiqamətində zəruri tədbirlər həyata keçirilib və Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi (DG-Sante) Baş Direktorluğu ilə danışıqlar aparılıb.
Agentlik tərəfindən "3A ÇÜMEN DERİ" MMC və "ŞAHİNDƏRİ.M" MMC yerli dəri istehsalçılarının müraciətləri əsasında həmin müəssisələrin Avropa Komissiyasının 142/2011 saylı Qaydalarında göstərilmiş tələblərə uyğunluğu qiymətləndirilib, çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə (TRACES) daxil olması üçün məktub ünvanlanıb.
"Ölkəmizdə qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması və Agentlik tərəfindən Avropa İttifaqının müvafiq qurumları ilə aparılmış danışıqlar nəticəsində müsbət nəticələr əldə edilib. Ölkəmizdə ilk dəfə olaraq yerli dəri emalı müəssisələri tərəfindən istehsal olunan işlənmiş dəri məhsullarının Avropa İttifaqına ixracının həyata keçirilməsi üçün həmin müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə müvəffəqiyyətlə qəbul edilib",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















