Azərbaycanda kredit kartları əməkhaqqı kartlarından çox artıb
Azərbaycanda ödəniş kartlarının artması 2021-ci ilin İyul ayında da davam edib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin İyul ayının sonunda ödəniş kartlarının ümumi sayı 10 milyon 139 min ədəd təşkil edib.
İyun ayının sonu ilə müqayisədə İyul ayı ərzində cəmi ödəniş kartlarının sayı 88 min ədəd artıb. İyun ayında cəmi ödəniş kartlarının sayı 79 min ədəd artmışdı.
İyul ayında sosial kartların sayı 60 min ədəd azalaraq 3 milyon 409 min ədədə düşüb. Əməkhaqqı kartlarının sayı 8 min ədəd artaraq 2 milyon 601 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 98 min ədəd artaraq 2 milyon 884 min ədədə, kredit kartlarının sayı isə 41 min ədəd artaraq 1 milyon 244 min ədədə çatıb.
Ötən ilin sonu ilə müqayisədə 7 ayda cəmi ödəniş kartları 909 min ədəd artıb.
Cari ilin 7 ayı ərzində (yanvar-iyul dövründə) sosial kartların sayı 34 min ədəd azalıb, əməkhaqqı kartlarının sayı 100 min ədəd, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 691 min ədəd, kredit kartlarının sayı isə 151 min ədəd artıb.
Qeyd edək ki, 2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artmışdır. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi.
2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 296 min ədəd artmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 15 d. əvvəl
- 21 d. əvvəl
-
27 d. əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 37 d. əvvəl
- 49 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"FNC BOKT" da 15 faizlə borc alır
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Ən çox oxunanlar
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər



















