Ən yuxarı (mobil)-2_30

Filial müdiri “Armo Store” mağazalar şəbəkəsinə ziyan vurub

“Armo Store” mağazalar şəbəkəsinin filial müdiri barəsində cinayət işi başlanılıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Filial müdiri “Armo Store” mağazalar şəbəkəsinə ziyan vurub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Nur Retail” MMC-nin “Armo Store” mağazalar şəbəkəsinin “Yasamal” filialının müdiri Ağafərid Ağayevin qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluqdan Marja-yabildirilib ki, aparılmış ibtidai istintaqla Ağafərid Ağayevin 27.11.2017-ci il tarixdən 05.05.2018-ci il tarixədək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən müdiri olduğu müəssisənin büdcəsindən ümumilikdə 20 min 216 min manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Ağafərid Ağayevə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İş üzrə vurulmuş ziyanın tam ödətdirilməsi təmin edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Nur Retail Armo Store
25.08.2021 12:49

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18