Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlər yenidən artır
2021-ci ilin İyul ayının sonunda Azərbaycandakı kredit təşkilatlarında ödəmə vaxtı keçmiş kreditlərin cəmi məbləği 937,5 milyon manat təşkil edib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, İyun ayının sonu ilə müqayisədə İyulda ödəmə vaxtı keçmiş kreditlər 22,9 milyon manat artıb. 30 İyun 2021-ci il tarixində ödəmə vaxtı keçmiş kreditlərin məbləği 914,6 milyon manat idi.
31 İyul 2021-ci il tarixinə kredit təşkilatları tərəfindən müştərilərə verilmiş 15 milyard 367,7 milyon manat kreditlərin (cəmi kredit qoyuluşları) 6,1%-i-nin ödəmə vaxtı keçib. Bu nisbət İyunun sonunda 6% idi.
2020-ci ilin sonunda ödəmə vaxtı keçmiş kreditlər 893,1 milyon manat təşkil etmişdi. Beləliklə, cari ilin 7 ayı ərzində ödəmə vaxtı keçmiş kreditlər 44,4 milyon manat artıb. Eyni dövrdə cəmi kredit qoyuluşları 837,3 milyon manat artıb. 2020-ci ilin sonunda cəmi kredit qoyuluşları 14 milyard 530,4 milyon manat təşkil etmişdi.
Həmçinin oxu
Bank sektorunun əsas göstəriciləri açıqlandıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 14 d. əvvəl
- 20 d. əvvəl
-
26 d. əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 36 d. əvvəl
- 48 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"FNC BOKT" da 15 faizlə borc alır
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Ən çox oxunanlar
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər




















