Ərdoğan Talibanla əməkdaşlığa hazır olduğunu açıqlayıb

Türkiyə prezidenti Rəcəb Ərdoğan çərşənbə günü bildirib ki, Taliban (bir sıra ölkələrdə qadağan edilmiş terror hərəkatı) ilə əməkdaşlığa hazırdır və onun "mülayim" fikirlərini alqışlayır.
Marja xəbər verir ki, Ərdoğan, "Əfqanıstanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Türkiyə yaxşı və çətin vaxtlarda qardaş ölkəni dəstəkləyəcək" deyib.
"Daha əvvəl də Taliban liderlərini qəbul edə biləcəyimizi bildirmişik" deyən Ərdoğan, bu mövqenin indi də qüvvədə olduğunu söyləyib.
Ərdoğan, "Əfqanıstan xalqının dinc həyatını və ölkəmizin mənafelərini qorumaq üçün hər cür əməkdaşlıq etməyə hazırıq" deyib.
Türkiyə Taliban liderlərinin mülayim və balanslı açıqlamalarını alqışlayır.
Çərşənbə axşamı günü keçirilən ilk mətbuat konfransında, Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid, hakimiyyət dəyişikliyi zamanı "heç kimin zərər görməyəcəyini" söyləyib və Taliban, "şəriət qanunlarına uyğun olaraq qadın hüquqlarına hörmət edəcəyini" və "insanların azadlığına hörmət edəcəyini" vəd edib. Buna baxmayaraq, minlərlə əfqan ölkəni tərk etməyə çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
56 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
21 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
21 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 21 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
