Sumqayıt Kimya Sənaye Parkının ixracı 50%-ə yaxın artıb
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əhəmiyyətli rol oynayır.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, Sənaye Parkında ümumi investisiyalarının həcmi 3,2 milyard ABŞ dolları olan 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək Sənaye Parkının rezidentləri tərəfindən 2,9 milyard dollardan artıq investisiya yatırılıb. Qeydiyyata alınmış 24 rezidentdən 16-sı artıq fəaliyyətə başlayıb. Sənaye Parkında hazırda 5500-dək insan daimi işlə təmin olunub. Ümumilikdə, indiyədək Sənaye Parkının rezidentləri tərəfindən 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da təqribən 31%-i ixracın payına düşür.
Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2020-ci ilin birinci yarısında rezidentlər tərəfindən 534 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin müvafiq dövründə bundan 49% çox - 794 milyon manatlıq məhsul istehsal olunub. Bununla yanaşı, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövründən 47% çox - 267,5 milyon manatlıq ixrac həyata keçirilib.
Bu ilin birinci yarısında Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 11,5%, qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi isə 21,8 % təşkil edib.
Sənaye Parkında istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Çexiya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq, Yaponiya, ABŞ, Kanada və s. ölkələrə ixrac olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















