Həftəyə başlarkən - ən maraqlı gözləntilər
Texnologiya bumu, “vaksin savaşı”, iqtisadi statistika....İyul ayının son həftəsi bizə kifayət qədər sıx, dolğun və məlumatla zəngin dövr vəd edir.
Marja həftənin ən maraqlı gözləntilərini təqdim edir:
Bugün 50 milyon ədəd koronavirus peyvəndinin 15 milyonluq partiyasını Avropa İttifaqına təchiz etmək üçün Brüssel məhkəməsinin AstraZeneca şirkətinə qoyduğu son tarix başa çatır. Vaksin istehsalçısı hədəfi yerinə yetirə bilməsə, gecikdirilən hər vaksin dozası üçün 10 avro cərimə ödəməli olacaq.
ABŞ-ın texnologiya nəhəngləri - Apple, Microsoft, Amazon, Google və Facebook və müxtəlif sahələrdən 10-larla şirkət 2021-ci ilin ikinci rübünün gəlirlərini açıqlayacaq. Həmçinin, ABŞ və Avropa İttifaqında bir sıra iqtisadi göstəricilər barədə məlumatların təqdimatı gözlənilir.
Həftənin işgüzar təqvimi:
Bazar ertəsi
Tesla, London Heathrow Aeroportu, Philips, Ryanair 2021-ci ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayacaqlar.
Çərşənbə axşamı
ABŞ-da aylıq ev qiymətləri, Britaniyada xidmətlərin ticarət həcmi
Apple Computer, Alphabet (Google-un ana şirkəti), Microsoft, Mitsubishi, Starbucks, Vodafone, General Electric, UPS, Visa 2021-ci ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayacaqlar.
Çərşənbə
Facebook, Banco Santander, Barclays, Deutsche Bank, Nissan, Ford, Boeing, Pfizer, Moody’s 2021-ci ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayacaqlar.
Cümə axşamı
ABŞ-da 2-cü rübün ÜDM-i, Amaniyada aylıq işsizlik səviyyəsi
Airbus, Amazon, Credit Suisse, Danone, Nestle, Mastercard, Panasonic, Samsung, Shell, Total, Volkswagen 2021-ci ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayacaqlar.
Cümə
Avrozonada inflyasiya, işsizlik səviyyəsi, Yaponiyada sənaye istehsal həcmi, Britaniyada aylıq ev qiymətləri
Colgate-Palmolive, Procter&Gamble, Chevron, ExxonMobile, Engie, Mazda, Renault 2021-ci ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























