Prezident sədr təyin etdi - SƏRƏNCAM
Məftun Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev "M.Q.Abbasovun Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında" Sərəncam imzalyıb.
Marja xəbər verir ki, Sərəncam ilə, Məftun Qurban oğlu Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Xatırladaq ki, Prezidentin 22 İyul 2021-ci il tarixində imzaladığı Sərəncam ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Müəyyən edilib ki, idarə tərəfindən dövlət əmlakının icarəyə verilməsindən alınan haqqın 50 faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi İdarənin sərəncamında qalır, İdarənin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir. İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən - sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti yaradılıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi - Şuşa Şəhəri Dövlət Qoruğunun idarə edilməsini həyata keçirən, habelə Şuşa şəhərinin ərazisində yerləşən abidələrin bərpasının, qorunmasının, öyrənilməsinin, istifadəsinin və təbliğinin təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Həmçinin oxu
Şuşa Dövlət Qoruğu İdarəsinin rəhbəri kimdir?Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
3 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
- 5 d. əvvəl
- 6 d. əvvəl
-
15 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
15 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Pezeşkian Əliyevə zəng edib
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər

















