Azərbaycanda nano şampunlar və nano-örtük istehsal ediləcək
İyulun 7-də AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.
AMEA-dan MArja-ya verilən məlumata görə, “Zoom” platforması üzərindən baş tutan tədbiri giriş sözü ilə şuranın sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev açıb. O, iclasın “PROLİNE CHEMİCALS” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkın rezidenti kimi qeydiyyata alınması məsələsinə həsr olunduğunu bildirib.
Daha sonra “PROLİNE CHEMİCALS” MMC-nin təsisçisi və rəhbəri Vüqar Həsənov mikro və makro silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə bağlı investiya layihəsi haqqında məlumat verib.
O, yüksək keyfiyyətli və effektiv professional yuyucu və təmizləyici vasitələrin istehsalı ilə məşğul olan şirkətin əsas fəaliyyət istiqamətlərini avtoyuma və avtokosmetika, məişət, sənaye və avtomobil kimyası, avtomobillər üçün texniki mayelər təşkil etdiyini vurğulayıb.
Məhsulların hazırlanması zamanı dünyanın aparıcı istehsalçıları tərəfindən istehsal olunan keyfiyyətli xammallardan istifadə edildiyini deyən “PROLİNE CHEMİCALS” MMC-nin rəhbəri qeyd edib ki, şirkət toplanmış biliklərə və müasir elmi nailiyyətlərə əsaslanaraq daim mövcud reseptlərin effektivliyinin artırılması və innovativ məhsulların istehsalı üzərində çalışır.
V.Həsənov “PROLİNE CHEMİCALS” MMC-nin qeyd olunan layihəsinin mövcud istehsal bazası əsasında AMEA YT Park ərazisində həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. O, bunun üçün müəssisənin öz istehsal avadanlıqları, müəyyən qədər xammal ehtiyatları, maliyyə vəsaitləri və işçi heyətinin olduğunu diqqətə çatdırıb, istehsal olunacaq məhsullar barədə məlumat verib. Onun sözlərinə görə, investisiya layihəsinin məqsədi istehsalı nəzərdə tutulan məhsullar üzrə seçilən müştəri seqmentinin bütün tələbatlarını daxili istehsal hesabına təmin etməklə yanaşı, analoji məhsullar üzrə idxaldan asılılığın azaldılması və yeni iş yerlərinin açılması hesabına əmək resurslarının cəlb edilməsidir.
O, həmçinin perspektivdə nəzərdə tutulan işlərdən bəhs edərək yeni avadanlıqların alınması, yeni qablaşmalar üçün pres formaların, yeni etiketlərin dizayn edilməsi və hazırlanması, yeni xammal növlərinin alınması və digər dövriyyə vəsaitlərinin artırılmasının planlaşdırıldığını bildirib.
Müzakirələrdə iştirak edən Ekspertlər şurasının sədri - akademik Rasim Əliquliyev, üzvlər – akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Oktay Qasımov, Bəxtiyar Məmmədov, tex.ü.f.d., dosent Rəşid Ələkbərov, YT Parkın baş direktoru Vasif Abbasov istehsal olunacaq məhsulun xammalı, formullara uyğun olaraq qablaşdırılması, ekoloji təsirləri, keyfiyyət göstəriciləri, dünya və yerli bazarlarda analoqları, tətbiq sahələrinin genişləndirilməsi, istehsal həcmi ilə bağlı suallarla çıxış ediblər.
Sonda “Proline Cheicals” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 9 d. əvvəl
-
30 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 37 d. əvvəl
- 40 d. əvvəl
-
59 d. əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
2 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“AS Group” WUF13-də iştirak edib
Həyat sığortası yığımlarda liderdir
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Ən çox oxunanlar
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb













.jpg)






