"Ödənişi 50 manatdan 2000 manata qədər təlimlərimiz mövcuddur"
"Bizim təlimlərə qatılmaq üçün 18 yaşından böyük istənilən sahədə fəaliyyət göstərən, istənilən işlə məşğul olan, biznesmen, dövlət qulluqçusu, tələbə müraciət edə bilər. Bir sözlə yaşı 18-dən böyük olan istənilən adam bizim təlimlərə gəlib iştirak edə bilər".
Marja xəbər verir ki, bunu "Freedom Finance Azerbaijan" MMC-nin direktoru Vüsal Məmmədov bildirb.
Şirkətin rəhbəri bildirib ki, ödənişsiz təlimlərdə daha çox baza məlumatları verilir: "Daha dərindən öyrənmək üçün bizim müxtəlif növ təlimlərimiz mövcuddur. Biz sıfır səviyyəsindən orta səviyyəyə qədər mütəxəssislər yetişdirə bilirik. Şirkətdə bu potensial mövcuddur. Bu sahədə şirkət tərəfindən 12 il ərzində ixtisaslaşmış format var. Dərsliklər və materiallar müəyyən platformada irimiqyaslı təlimlər, bu sahənin peşəkarı olan ixtisaslı təlimçilər investisiya qoyuluşu fəaliyyəti ilə bağlı professionalları yetişdirməyə əsas yaradır. İndi biz Azərbaycanda təşkil etdiyimiz seminarlar isə yalnız baza biliklərin öyrədilməsinə xidmət edir. Birja, səhm, istiqraz nədir birjalarda qiymətli kağızların ticarəti prosesi necə baş verir, bütün bunlar müraciət edən vətəndaşlara öyrədilir. Bu sahədə daha peşəkar səviyyədə biliklərə yiyələnmək istəyən treyder kimi yetişmək istəyənlər ödənişli və iri miqyaslı təlimlərimizə qoşula bilər. Biz xüsusi təbəqə seçmirik ki, sırf bu adamlara təlim keçirik. Biz hamını öyrətməyə hazırıq, bu sahədə məlumatlanmaqda maraqlı olan istənilən şəxs bizim ödənişsiz təlimlərdə iştirak edə bilər".
Vüsal Məmmədov, "Daha peşəkar tələblərə cavab verən təlimlərimiz isə ödənişlidir" deyərək sözlərinə belə davam edib: "Ödənişi 50 manatdan - 2000 manata qədər təlimlərimiz mövcuddur. Təlimlərimiz həm onlayn şəkildə rus və ingilis dillərində, oflayn təlimlər isə burada Azərbaycanda keçirilir. Təlimdə iştirak edən şəxslər maarifləndirici materiallarla da təmin olunur".
Qeyd edək ki, "Freedom Finance Azerbaijan" MMC investisiya qoyuluşu, kapital bazarları, beynəlxalq birjalar və birjalarda ticarətlə bağlı maarifləndirmə sahəsində ixtisaslaşmış bir şirkətdir. "Freedom Finance Azerbaijan" MMC-nin təsisçisi "Freedom Holding"in əsas fəaliyyəti investisiya xidmətləridir. "Freedom Holding"in investisiya, vasitəçilik, məsləhət xidmətləri və müştəriləri kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin bilavasitə ilkin bazardan alınması üzrə xidmətləri təşkil etməkdir. Holdinq Azərbaycan da daxil olmaqla 9 ölkədə fəaliyyət göstərir. Holdinqin törəmə şirkətləri Avropada, Ukraynada, Qazaxstanda və Rusiyada lisenzilayalaşdırılmış investisiya şirkəti kimi fəaliyyət göstərir. Holdinqin Azərbaycandakı törəmə şirkəti olan "Freedom Finance Azerbaijan" MMC–nin isə əsas fəaliyyət istiqaməti təlim və tədrisdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 7 saat sonra
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















