Azərbaycanın sürətli çatdırılma bazarının ən azı 10%-nə göz dikib
İri universal logistika operatorlarından biri olan “PONY EXPRESS” şirkəti Azərbaycan bazarında fəaliyyətə başladığını elan edir. Operator öklə paytaxtında – Bakıda nümayəndəliyini açıb. Üçillik perspektivdə şirkət Azərbaycanda aparacağı əməliyyatlardan ildə 3 mln. ABŞ dollarından çox gəlir əldə etməyi proqnozlaşdırır.
Hazırda “PONY EXPRESS” Azərbaycan bazarında həm ölkədaxili, həm də beynəlxalq istiqamətlərdə poçt və yük daşımaları üzrə sürətli çatdırılma xidmətini təklif edir. Bundan başqa, şirkət xaricdən Azərbaycana yük daşımaları və poçt xidmətlərini həyata keçirir.
Biznes seqmentində “PONY EXPRESS”in əsas rəqabət üstünlüyü vaxt və çatdırılma nisbətidir. Məsələn, Bakı üzrə çatdırılma elə göndərilən gün ərzində həyata keçirilir, ölkə daxilində isə şirkət göndərmələri bir iş günü ərzində çatdırır, Moskvaya 1-2 iş günü, Almatıya (Qazaxıstan) – 3 günədək. Bundan başqa, Azərbaycan bazarında fəaliyyət göstərən digər şirkətlərə nisbətən qiymətlər orta hesabla 20% daha aşağıdır. “PONY EXPRESS”in bu cür qiymət təklifi şirkətin geniş şəbəkəsi və marşrutları vasitəsi ilə mümkün olub. Üç il müddətinə operator Azərbaycanın sürətli çatdırılma bazarının ən azı 10% payına malik olmaq niyyətindədir.
Bundan başqa, şirkət avtomobil nəqliyyatı vasitəsilə postsovet ölkələri üzrə qənaətli çatdırılma platformunu inkişaf etdirir. Bu yeni xidmət Azərbaycan bazarı üçün təcili çatdırılma qiymətindən 30%-dək qənaət etməyə kömək edəcək.
Azərbaycan bazarı üçün yeni məhsulların siyahısına logistika xidmətlərinin tam spektrini nəzərdə tutan internet-mağazalar üçün kompleks həlli də daxildir – yaxın və uzaq xaricdən yükdaşımalar, anbar saxlamaları, komplektasiya, alıcıya çatdırılma və s.
Yaxın zamanda “PONY EXPRESS” Gəncə və Sumqayıt şəhərlərində filiallar açaraq Azərbaycanda ofis şəbəkəsini genişləndirmək niyyətindədir.
“PONY EXPRESS” Şirkətlər Qrupunun regional inkişaf üzrə direktoru Sergey Serquşev: “Azərbaycan “PONY EXPRESS” üçün strateji əhəmiyyətli bir bazardır. Biz ölkənin yalnız tranzit potensialını yüksək qiymətləndirmirik, həmçinin ölkə biznesinin yüksək keyfiyyətli və uyğun qiymətli kompleksli logistika xidmətinə ehtiyac duyduğunu görürük. Biz Azərbaycan tərəfdaşlarına logistika autsorsinginədək maksimal geniş xidmət spektrini təklif etməyə hazırıq. Məqsədimiz – Azərbaycanda işimizi quraraq ölkədə biznesinin inkişafına və logistika sahəsində ədalətli rəqabətin formalaşmasına təşviq etməkdir”.
“PONY EXPRESS” (www.ponyexpress.ru) – beynəxalq logistika operatoru və viza xidmətləri provayderidir. ”PONY EXPRESS” poçt və yük göndərmələrinin emalı və çatdırılması, məsuliyyətli saxlanılması və anbar emalı və viza servisi xidmətləri üzrə kompleks xidmətlərini təklif edir. Şirkət Rusiyada 60 filial və 128 regional nümayəndəliyi olan ən geiniş regional logistika şəbəkəsinə malikdir. Bununla yanaşı, şirkətin Qazaxıstan, Ukrayna, Belarus, Latviya, Özbəkistan, Azərbaycan, Moldova və Qırğızıstanda bölmələri mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
9 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
9 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb





















